Arkivan.az » Xəbərlər » Ərkivanlı mütəxəssisin 2-ci yazısı, “Ağıllı ev”in sirləri, yaxud XX əsrin fantastik filmləri, xəyalların reallaşdığı günlərimiz

Ərkivanlı mütəxəssisin 2-ci yazısı, “Ağıllı ev”in sirləri, yaxud XX əsrin fantastik filmləri, xəyalların reallaşdığı günlərimiz








                                   Ağıllı ev nədir və onu  necə əldə edə bilərsiz?

Nəzərov Nicat lldırım oğlu
1982-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində doğulub. Ə.Bağırov adına Həsənəküçə tam orta məktəbi bitirdikdən sonra 2000-2002-ci illərdə Hərbi xidmət olub. 2004-cu ildə Xəzər Universitetinin Jurnalistika Fakültəsinə daxil olub. 
Təhsil aldığı   2004-2007-ci illərdə İlk dəfə Tələbə televiziyasının yaradıcısı olub. Eyni zamanda həmin illərdə Cənub xəbərləri qəzetinin təqdimatı ilə Beynəlxalq Media İnstitutunun Bakıda keçirilən “Ekstrimal jurnalistika” kursunu bitirib. Mütəlif vaxtlarda Müsavat, Gündəm Xəbər, Cümhuriyyət qəzeti və onun əlavələrində yazıları dərc edilib. 
2007-2009-ci ildə Vergilər Nazirliyində  əmək fəaliyyətinə başlayıb. İnformasiya Texnologiyalarının tətbiqi ilə bağlı Xaricdə və Azərbaycanda ixtisasartırma kurslarını bitirmişdir. 2009-cu ildən VSSGROUP MMC-nin direktoru vəzifəsində çalışır. İnformasiya Texnologiyaların infrastruktur layihələndirilməsi üzrə mütəxəssisdir. Ailəlidir. 2 övladı var.         

Bir zamanlar oxuduğumuz fantastik romanlar və filmlərdəki hadisələr ("Sehirli Xalat" filmindən uçan xalça, "Əlibaba və Qırx Quldur"- da sehrlə açılan qapı, "Ələddinin sehirli çırağı" və s.) günümüzün texnoloji raellıqlarına çevrilib. Məhşur Amerkalı yazıçı Ray Bradburyn "Yumşaq yağış yağacaq" fantastik hekayəsi hələ 50-ci illərdə çap edilmişdir. Sahibsiz qalan bir evin ağıllı əşyalarından bəhs edən müəllif ağıllı sobanın necə yemək qızdırmasından, danışan saat və digər ağıllı əşyalardan bəhs edirdi .
XX əsrin 60-cı illərində Spira qardaşları artıq ilk dimmeri (işıq parıltılığını idarə edə bilən) kəşf etdikdən sonra başladı. Artıq Ağıllı texnologiyalar yazıçıların fantastik hekayəsi deyil, Texnoloji inqlab sayəsində yaranmış reallığa çevrilmişdı.
                                                          Ağıllı ev nədir? 
Ağıllı ev mənzilinizdəki gündəlik həyat fəaliyyətinizin avtomatlaşdırılması ilə yanaşı, təhlükəsizlik,qənaətcillik və nəzarət üçün kompleks həlldir. Gəlin bir günlük evimizdə baş verənləri ssenariləşdirək.
-Səhər tezdən oyanırıq
-Pəncərəni və pərdəni açırıq, təmiz hava və günəş qəbul edirik
-Duş qəbul etmək üçün qızdırıcını işə salırıq
-Çay qızdırıcısını işə salırıq və.s
Bütün bunlar gündəlik həyatımızda təkrar baş verən hadisələrdir.Sizin əvəzinizdə bu işlərin öhdəsindən Ağıllı ev məharətlə gələcək.
Bir neçə günlük səyahətə getdiyiniz düşünün. Evə qayıdarkən ilk növbədə evi havalandırmalı, isitmə və soyutma sistemini işə salmalı, qapadılmış su, qaz sistemlərini açmalı, isti çay və duş qəbul etməlisinz. Bütün bu hazırlıqları istənilən yerdən ağıllı ev vasitəsilə edə bilərsiniz.
Evdən tələsik cıxdığınızda bəzi əşyarı qapatdığınızdan əmin deyilsinizsə, bunu asanlıqla ağıllı evdən öyrənə və həll edə bilərsiniz.
Ağıllı evin səmərələri
Avtomatlaşdırılmış evin önəmli xüsusiyyətlərindən biri də resursların səmərəli istifadə edilməsidir. Misal üçün, iqlim şəraitinə uyğun olaraq evinizdəki temperturun avtomatik tənzimlənməsi, su və qaz sızmaları zamanı mənbənin avtomatik qapadılması, eyni zamanda çağrılmamış qonaqlar üçün sanki siz evdəymiş kimi gostəricisi xüsusi əhəmiyyət kəsb edir.
                                    Ağıllı evi necə əldə edə bilərsiz?    
Satışda ayrı-ayrılıqda ağıllı məişət texnikaları artıq mövcuddur. Misal üçün, kondinsionerlər sms və ya müxtəlif application vasitəsi ilə idarə edilir. Lakin əlavə edəcəyiniz digər qurğuların bir mərkəzdən idarə edilməsi üçün onların eyni protokolda işləyə bilmələri vacibdir. Bunun üçün eyni istehsalçının məhsullarından istafadə etmənizi tövsiyyə edirik. İnternetdə kifayət qədər Ağıllı ev alətlərini satan istehsalçılar var. Əgər maraqlıdırsa, aşağıdakı linkləri nəzərdən keçirin.https://rubetek.com/
                  Təmirdən sonra Ağıllı evi qura bilərəmmi?
Mütəxəssislər təmirdən öncə və sistemin kabel vasitəsi ilə quraşdırılmasını tövsiyyə edirlər. Lakin çoxlarının təmir zamanı unutduğu ağilli ev üçün istehsalçılar simsiz qurğular da hazırlayıblar. Tanınmış istehsalçılardan Apple, Yandex, Xiaomi ağıllı ev alətlərini istehsal etməyə başlamışlar. Hətta istəyinizə gorə bu qurğuları tək-tək va ya Paket şəklində də ala bilərsiniz. Sadə komplektasiyaları quraşdırmaq üçün mütəxəssisiə ehtiyyac yoxdur.
Nicat Nəzərov
  • Tarix: 29.01.2021, 12:31
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər