Arkivan.az » Vəfat edənlər, Qəzalar » Ərkivan. Qurbanovlar ailəsinə ağır itki

Ərkivan. Qurbanovlar ailəsinə ağır itki



Bu gün, 2021-ci il, aprel ayının 3-də Masallı rayonunun Ərkivan qəsəbəsinin Abbaslı məhəlləsindəki Qurbanovlar ailəsinə ağır itki üz verib. 1967-ci il təvəllüdlü, 3 övlad atası Qurbanov Rövşən İbrahim oğlu  gecə 3-4 radələrində Covid-19 xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, Allah Qurbanovlar ailəsinə lap nağıllardakı kimi övlad pay vermişdi – 7 oğul və qız. Sonralar oğullar bu Allah payını daha da zənginləşdirmişdi. 7 oğuldan 3-ü Ali təhsilli həkim ixtisasına yiyələnmişdi – Rauf, İlqar və rəhmətə gedən Rövşən.

Rövşənin ali tibb təhsili olsa da, bizneslə məşğul olmağa üstünlük vermişdi. Sadəliyi, hədsiz mehribanlığı ilə çox seçilirdi. Allah ona da 3 oğul payı vermişdi.

Heyf ki, aramızdan çox tez getdi – 55 yaşı tamam olmamış. Həm də təəssüf ki, dünyamızın bəlasına çevrilmiş koronovirusdan bu ailənin daha 2 üzvü əziyyət çəkir.

Allah Rövşəni rəhmət eləsin!

  • Tarix: 03.04.2021, 08:59
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər