Arkivan.az » Xəbərlər » Masallı. 17 minlik qəsəbədə - Ərkivanda yeni uşaq bağçası tikilir

Masallı. 17 minlik qəsəbədə - Ərkivanda yeni uşaq bağçası tikilir


Masallı rayonunun ən böyük yaşayış məntəqəsi olan Ərkivanda yeni Uşaq Bağçası tikilir.

Xatırladaq ki, Ərkivanda ilk uşaq bağçası 1985-ci ildə istifadəyə verilib. 100 yerlikolan  bu uşaq bağçasında öncə 4 qrup  fəaliyyət göstərib. Daha sonra, 1992-1993 illərdə həmin binanın bir hissəsinə məcburi köçkünlər yerləşdirildiyindən qrupların sayı 2-yə,  uşaqların sayı 40-a e[spoiler][/spoiler]ndirilib. Qısası, 17 min əhalisi,  700 nəfərə yaxın bağça yaşlı uşağı olan qəsəbədə cəmi 40 nəfər bağça tərbiyəsindən faydalana bilir.

Bu gündən isə Ərkivan qəsəbəsində yeni uşaq bağçasının inşasına start verilib. Bağçanın 100 yerlik, 4 qrupluq olacağı gözlənilir. Yeni bağça Qəriblər kəndinə gedən yolun sol tərəfində, C. Cabbarlı adına tam orta məktəbin həyətində inşa edilir.

Ərkivanda yeni inşa edilən Uşaq Bağçası Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilir və 1 il müddətinə tikintinin başa çatacağı gözlənilir.

Qəsəbədə yeni uşaq bağçasının tikilməsi nə qədər sevindiricidirsə, onun yaxınlığındakı orta  məktəb binasının bərbad vəziyyətdə olması yəqin ki, həmin yaraşıqlı bağça binasının yanından daha eybəcər görünəcək. Arzu edək ki, bağça kimi çox şöhrətli məzunları olan  bu məktəbin də bəxti açılacaq, həmin məktəb əsaslı təmir olunacaq.

Cenub.az, arkivan.az. Zahir Əmənov.
  • Tarix: 18.04.2021, 11:58
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər