Arkivan.az » Xəbərlər » Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?

Masallıda uşaq bağçası intibahı doğrudanmı reallaşır?


Ərkivan qəsəbəsində yeni uşaq bağçası binasının təməli qoyuldu 

Masallı rayonu əhalisinə görə ölkədə 1-ci sıradadır. Masallıda 230 min əhali yaşasa da, uşaq bağçalarının sayına, eləcə də bağçalara cəlb edilən uşaqların sayına görə ölkədə sonuncu yerdə gedir. Masallı kimi 230 minlik rayonda cəmi 17 uşaq bağçası var. Onun da 7-si 2 qrupludur. Daha neçəsinin abad, neçəsinin bərbad olduğunu demirik.  (Bu barədə yaxın vaxtlarda geniş yazımız olacaq).

Yaxşı ki, bu gün həmin boşluğun doldurulması üçün addımlar atılır. 2 il öncə Masallı şəhərinin özündə, Kolatan, Sərçuvar kəndlərində yeni uşaq bağçaları inşa edildi. Hazırda Masallı şəhər 1 saylı, Səmidxan kəndlərində yeni inşa olunan uşaq bağçaları açılışını gözləyir. Mahmudavar kənd bağçası əsaslı təmir edilib. Hişkədərə kədindəki uşaq bağçasının yerli sahibkarlar tərəfindən əsaslı təmirinə hazırlıq görülür.

Bu gün, may ayının 10-da Ərkivan qəsəbəsində 100 yerlik uşaq bağçasının təməlqoyma mərasimi keçirilib. Tədbirdə Masallı İHB-nin başçısı Şahin Məmmədov iştirak və çıxış edib. Tədbirdə həmçinin Masallıdan seçilən millət vəkilləri Məşhur MəmmədovAnar İsgəndərov, yerli ssahibkarlar Qalib MəmmədovSücayət Qasımov, Ərkivan qəsəbə uşaq bağçasının müdiri Reyhan Əmənova və başqaları çıxış edib.

Xatırladaq ki, Yeddioymaq və Köçəkli kəndlərində yaxın vaxtlarda uşaq bağçalarının inşasına başlanılması gözlənilir.

Bütün bunlar yaxşı hal olsa da, uşaq bağçalarının problemi bina tikməklə həll olunmur. Yeni uşaq bağçası üçün yemək, ştat və digər xərclər üçün ən azı qrupların sayından asılı olaraq ilə 200-300 min vəsait lazımdır ki, onu da əldə etmək elə də asan məsələ deyil. Uşaq bağçalarının idarəçiliyi sahəsində də çoxlu dolanbaclar və məntiqsiz qaydalar var.

Sonda Heydər Əliyev Fondunun təşəbbüsü, ərkivanlı iş adamları Məşkur Qasımov və Qalib Məmmədovun dəstəyi ilə inşa edilən uşaq bağçasında zəhməti olan hər kəs təşəkkürə layiqdir.

  • Tarix: 10.05.2021, 13:46
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbərlər