Arkivan.az » Coğrafiya » Əkivan coğrafiyası

Əkivan coğrafiyası


Əkivanın coğrafiyası haqqinda qisa məlumat

Ərkivan toponiminin mənasi haqqinda bir necə fikirlər var. Bu fikirlərdən ən maraqlısı "ər”-igid və ya qocaq. "ki” bağlayıcı, "van”-da məsgən, yəni igidlər məsgəni.

Ərikivan qəsəbəsi coğrafi mövqeyinə görə

cənubşərqdən Lürən,
cənubdan Qızılavar və Kolatan,
şimalqərbdən Ko¬sakül,
Bambaşı və Yeyənkənd,
şərqdən İskəndərli, Masallı şəhəri
qərbdən Qəriblər, Qodman kəndləri ilə həmsərhəddir.
Ərazisi 2294 kvm-dir.


Ərkivan qəsəbəsi Masallı şəhərindən 2 km qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəklərində yerləşir
Ərazidə rəsmi qeydiyyatda olan təsərrüfatların miqdarı 3802, əhalinin sayı isə 16.000 nəfərə yaxındır. Ərkivan qəsəbəsində ümumi torpaq sahəsi 2200 hektardır. Bunun 1263 hektarı əkinə yararlı torpaqlardir.
Coğrafiyaşünas alim [u]Mirnuh İsmayılov[/u]un dediklərinə istinad edərək, ilologiya elmləri doktoru, görkəmli filoloq tənqidçi alim [u]Vaqif Yusifli[/u] "Ərkivan və ərkivanlılar" kitabında yazır: - "Zəngin və rəngarən təbiətə malik Ərkivan Azərbaycanın cənub bölgəsində ən böyük kəndlərdən biridir. Azər¬baycanın digər əraziləri ilə müqayisədə Ərkivanın təbiəti təkraredilməzdir. Bura yarımrütubətli subtropik iqlimlərin olduqca əlverişli şəkildə görüşdüyü ərazidir.
Qəsəbənin relyefi yarğan və çay dərələri ilə parça-lanmış maili düzənlikdir. Viləş çayının min illər boyu səbrlə topladığı çöküntülərin əmələ gətirdiyi klassik formalı gətirmə konsunun üzərində formalış-mışdır.
Maili düzənlik şərqə doğru 10-12 m hündürlüyü olan terrasla birdənbirə dəniz çöküntülərindən ibarət olan hamar ovalığa keçir. Qəsəbənin özü birbaşa terrasın qaş hissəsindən formalaşmağa başlamışdır. Bura həm təbii şəraitinə, həm də ətraf ərazilərdən seçilən mənzə¬rəsinə görə fərqlənir.
Ərkivan qəsəbəsinin yerləşdiyi terrasın mütləq hündürlüyü dünya okeanının səviyyəsinə uyğun gəlir. Yəni, müasir deyimdə Ərkivan qəsəbəsi Xəzər dənizinin səviyyəsindən indiki halda 26,8 m hündürlükdə yerləşir.
  • Tarix: 14.03.2015, 01:23
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər