» » Ərkivan tarixi

Ərkivan tarixi


XIX əs­rin axır­la­rın­da Mor­qan qar­da­ş­la­rı Lən­kə­ran və Ma­sal­lı ray­on­la­rı əra­zi­sin­də olan ar­xe­o­lo­ji qa­zın­tı iş­lə­ri apar­mış, abi­də­lər­dən aş­kar et­dik­lə­ri qı­zıl və baş­qa qiymətli me­tal­la­rı öz­lə­ri ilə xa­ricə apar­mı­ş­lar. Lən­kə­ran və Ma­sal­lı­da (xüsu­si­lə Ər­ki­van­da) aş­kar olun­muş mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri ha­zır­da Fran­sa­nın Sen-Jer­men mu­zey­in­də sax­la­nı­lır.
Xa­ric­i­lə­rin Azər­bayc­an əra­zi­sin­də apar­dıq­la­rı qa­zın­tı iş­lə­ri bir növ dağ­ı­dıcı xa­rak­ter da­şı­mış və ta­ri­xi­mi­zə müəyy­ən qə­dər ziy­an vur­muş­dur.
Məlumat üçün bildirək ki, Azər­bayc­an­ın qə­dim ta­ri­xi­nin tət­qiq olun­ma­sı­na XX əsrdən ba­ş­lan­mış­dır. 20-ci il­lər­də isə re­s­pub­li­ka­mı­zın abi­də­lə­ri­ni və ta­ri­xi­ni öy­rə­nən cə­miyy­ət təş­kil olun­muş­dur. Azər­bayc­an əra­zi­sin­də apa­rı­lan el­mi ax­ta­rı­ş­lar za­ma­nı in­san­lığ­ın sə­hə­ri­nə aid zə­ng­in mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri aş­kar olun­muş və bu­nun nə­tic­ə­sin­də re­s­pub­li­ka­mı­zın əra­zi­sin­də in­sa­nın for­ma­laş­dığı mə­s­kən­lər siy­a­hı­sı­na da­xil ol­ma­sı müəyy­ən edil­miş­dir.  Azər­bayc­an əra­zi­sin­də ib­ti­dai in­san­la­rın 2,5 mily­on il bun­dan əv­vəl ya­şa­mağa ba­ş­la­ma­sı­na aid ən qə­dim əmək alət­lə­ri ta­pı­lıb tədqiq olun­muş­dur. Azər­bayc­a­nın Araz, Qu­ruc­ay va­di­lə­rin­də apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­tic­ə­sin­də re­s­pub­li­ka­mı­zın ən qə­dim ta­ri­xi­nə aid zə­ng­in mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri aş­kar olun­muş və Azər­bayc­an­ın lap qə­dim za­man­lar­dan ya­şay­ış üçün əl­ve­ri­ş­li tə­bii-coğ­ra­fi şə­ra­i­tə ma­lik ol­ma­sı müəyy­ən edil­miş­dir. >Ma­sal­lı əra­zi­sin­də apa­rıl­mış təd­qi­qat­lar xüsu­si ma­raq doğ­u­rur. Ər­ki­van əra­zi­sin­də apa­rıl­mış ar­xe­o­lo­ji təd­qi­qat nə­tic­ə­sin­də ib­ti­dai ic­ma dövrünə aid zə­ng­in mad­di mə­də­niyy­ət nümu­nə­lə­ri aş­kar edil­miş­dir. Ər­ki­van qə­sə­bə­si Ma­sal­lı şə­hə­rin­dən 2 km qərb­də, Vi­ləş çay­ı­nın sağ sa­hi­lin­də, Lən­kə­ran ova­lığ­ın­da və Ta­lış dağ­la­rı­nın ətək­lə­rin­də yer­lə­şir Lən­kə­ran ova­lığı Xə­zər də­ni­zi ilə Ta­lış dağ­la­rı ara­sın­da yer­lə­şir. Cə­nub­da As­ta­ra çay­ı­na­dək uza­nır. Şi­mal­da isə Saly­an və Mil düzən­liy­i­nə qo­vu­şur. Lən­kə­ran ova­lığ­ı­nın uzun­luğu 110 km, eni şi­mal­da 25-30 km, cə­nub­da 7 km-ə ça­tır. Vi­ləş çay­ı­nın sağ sa­hi­lin­də yer­lə­şən Ər­ki­van əra­zi­si­nin yu­xa­rı his­sə­sin­də ar­xe­o­lo­ji kəş­fiyy­at iş­lə­ri bir neçə illər əvvəl apa­rıl­mış­dır. Kəş­fiyy­at iş­lə­ri za­ma­nı Ər­ki­van əra­zi­sin­dən üst pa­le­o­lit dövrünə aid Daş mə­mu­la­tı əl­də edil­miş­dir. Bu, Ər­ki­van əra­zi­sin­də qə­dim in­san­la­rın 15-20 min il un­dan əv­vəl ya­şa­mağa ba­ş­la­dığ­ı­nı söy­lə­məyə im­kan ver­miş­dir. Xüsu­si­lə Ərkivan əra­zi­sin­in Vi­ləş çayı ter­ras­la­rın­dan ta­pıl­mış əmək alət­lə­rin­dən tex­ni­ki və ti­po­lo­ji xüsu­siyy­ət­lə­ri­nə əsa­sən hə­min alət­lə­rin üst pa­le­o­lit mə­də­niyy­ə­ti dövründə ha­zır­lan­dığ­ı­nı söy­lə­mək mümkün ol­muş­dur. Məlumat üçün bildirək ki, Üst pa­le­o­lit mə­də­niyy­ə­ti Azər­bayc­an­da 35 min il bun­dan əv­vəl ba­ş­lan­mış və 12 min il əv­vəl so­na çat­mış­dır.
2004-2007-ci il­lər­də AMEA Ar­xe­o­lo­g­iya və Et­no­qra­fiya İn­sti­tu­tu­nun Pa­le­o­lit ar­xe­o­lo­ji ek­s­pe­di­siy­a­sı bu sətirlərin müəllifinin rəh­bər­liyi al­tın­da Ma­sal­lı­nın Vi­ləş­çay sa­hil­lə­rin­də ar­xe­o­lo­ji kəş­fiyy­at iş­lə­ri apar­­mış və ye­ni mad­di mə­də­niyy­ət qa­lıq­la­rı aş­kar et­miş­dir.Ər­ki­van kən­din­də el­mi ax­ta­rı­ş­lar za­ma­nı ene­o­lit və tunc dövr­lə­ri­nə aid "Qa­la tə­pə", "Ba­laca tə­pə", "Na­dir tə­pə", "Qa­ra­ti­kan tə­pə", "Ye­kə tə­pə", ay­rı-ay­rı kur­qan­lar, or­ta əsrlə­rə aid qə­b­ri­s­tan­lıq­lar, XIV və XIX əsrlə­rə aid mə­scid­lər aş­kar olun­muş­dur.Ma­raq­lı­dır ki, Ər­ki­van qa­la­sı ad­la­nan əra­zi­də ax­ta­rı­ş­lar za­ma­nı an­tik və or­ta əsrlə­rə aid sax­sı qab qı­rın­tı­la­rı ta­pıl­mış­dır. Hə­min ta­pın­tı­la­ra əsa­sən Ər­ki­van qa­la­sı­nın V-VI əsrlər­də ti­kil­diy­i­ni söy­lə­mək olar. Qa­la­nın ya­xın­lığ­ın­da qə­dim şə­hər ye­ri­nin xa­ra­ba­lıq­la­rı da var­dır. Bu əra­zi­dən aş­kar olun­muş mad­di-mə­də­niyy­ət qa­lıq­la­rı və müda­fiə qa­la­sı­nın ol­ma­sı bu­ra­da qə­dim şə­hər­lər­dən bi­ri­nin əra­zi­si ol­duğ­u­nu gö­s­tə­rir. Ha­zır­da Ər­ki­van qa­la­sı ya­xın­lığ­ın­da qə­dim şə­hər ye­ri­nin xa­ra­ba­lıq­la­rı mövc­ud­dur. Ona gö­rə də gə­ləc­ək­də bu əra­zi­də 30 il ar­xe­o­lo­ji qa­zın­tı­lar apa­rıl­dıq­dan so­nra Ər­ki­van şə­hə­ri haq­qın­da bir ki­tab yaz­maq olar. Çünki qə­dim Ər­ki­van şə­hə­ri­nin mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri tor­pağ­ın al­tın­da qal­mış­dır. Bu diy­a­rın qə­dim əha­li­si­nin mə­şğ­u­liyy­ə­ti, tə­sərrüfa­tı, mad­di-mə­də­niyy­ə­ti və ta­ri­xi­nin öy­rə­nil­mə­si üçün ha­zır­da əsas və­zi­fə Ər­ki­van əra­zi­sin­də ar­xe­o­lo­ji qa­zın­tı­lar apar­maq və aş­kar olun­muş el­mi ma­te­ri­al­lar əsa­sın­da Ər­ki­va­nın qə­dim ta­ri­xi­ni təd­qiq et­mək­dən iba­rət­dir. Ər­ki­van əra­zi­sin­də apa­rı­lan ar­xe­o­lo­ji kəş­fiyy­at iş­lə­ri za­ma­nı ene­o­lit və tunc dövr­lə­ri­nə aid də mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri ta­pıl­mış­dır. Apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­tic­ə­sin­də mə­lum ol­muş­dur ki, VII mi­nil­lik­də ne­o­lit dövrü eneo­lit mə­də­niyy­ə­ti ilə əvəz olun­muş­dur. En­eo­lit sözünün mə­na­sı - mis-daş dövrü de­mək­dir. Bə­zən ene­o­liti ne­o­lit­dən tunc dövrünə ke­çid mər­hə­lə­si də ad­lan­dı­rır­lar.
 
 
Ərkivan eneolit dövründə

 
Bə­şər cə­miyy­ə­ti­nin ta­ri­xin­də ene­o­lit dövrü mühüm ic­ti­mai-iq­ti­sa­di mər­hə­lə təş­kil edir. Məhz bu dövr­də ilk də­fə ola­raq to­xa əkin­çi­liyi mey­da­na gəl­məyə ba­ş­lay­ır. To­xa əkin­çi­liy­i­nin baş­qa tə­sərrüfat növ­lə­rin­dən üstünlüyü, in­şa­at iş­lə­rin­də çiy kər­pic­dən is­ti­fa­də olun­ma­sı, gil­dən qa­dın fi­qur­la­rı­nın düzəl­dil­mə­si, boy­a­lı qab­la­rın ge­niş yay­ıl­ma­sı və mis əşy­a­lar­la ya­na­şı daş alət­lər­dən də ge­niş is­ti­fa­də olun­ma­sı ene­o­lit dövrün səc­iyy­ə­vi cə­hət­lə­rin­dən­dir. Ər­ki­van­da apa­rı­lan təd­qi­qat­lar za­ma­nı tunc dövrünə aid mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri qey­də alın­mış­dır. Tunc dövrü bə­şə­riyy­ə­tin in­ki­şa­fın­da mə­də­ni, ta­ri­xi bir dövrdür. Bu dövr Azər­bayc­an əra­zi­sin­də V mi­nil­lik­dən ene­o­lit dövrünü əvəz et­miş və era­mız­dan əv­vəl I mi­nil­liy­in əv­vəl­lə­ri­nə­dək da­vam et­miş­dir. Tunc­un alın­ma­sı və on­dan əmək alət­lə­ri is­teh­sa­lın­da əsas ma­te­ri­al ki­mi is­ti­fa­də olun­ma­sı dövrün əsas xüsu­siyy­ət­lə­rin­dən bi­ri­dir. Bu dövr­də mi­sə nis­bə­tən üstün key­fiyy­ət­lə­ri olan tunc­un is­teh­sa­lı­nın kəş­fi tək­mil­ləş­miş, da­ha möh­kəm əmək alət­lə­ri­nin mey­da­na çıx­ma­sı­na zə­min ya­ran­mış­dır. Bu isə otu­raq əkin­çi-mal­dar tay­fa­la­rı­nın mə­də­ni-ta­ri­xi in­ki­şa­fın­da əhə­miyy­ət­li rol oy­na­mış­dır. Ərkivan tuc dövründə Ər­ki­va­nın tunc dövrünə aid ya­şay­ış mə­s­kən­lə­rin­də mad­di-mə­də­niyy­ət nümu­nə­lə­ri­nin aş­kar olun­ma­sı bu­ra­da ya­şay­an sa­kin­lə­rin əkin­çi­lik­lə mə­şğ­ul ol­duq­la­rı­nı gö­s­tə­rir. Tunc dövrünün əv­vəl­lə­rin­də du­luz­çu­luq özünün yüksək in­ki­şaf mər­hə­lə­si­nə ça­tır. Ar­tıq bu dövr­də qab­la­rın əl ilə, la­kin sim­me­t­rik for­ma­da ha­zır­lan­mış nümu­nə­lə­ri­nə tə­sadüf olu­nur. Ey­ni za­man­da qulp­lu qab­la­rın sayı art­mağa ba­ş­lay­ır. Apa­rı­lan el­mi-təd­qi­qat­lar za­ma­nı ilk ne­hrə­lə­rin mey­da­na çıx­ma­sı müəyy­ən ol­muş­dur. Ma­raq­lı­dır ki, ne­o­lit dövründən, yə­ni IX mi­nil­lik­dən Ər­ki­van­da ba­ş­la­mış gil qab­lar is­teh­sa­lı bu gün də da­vam et­di­ri­lir. Gil qab­lar is­teh­sa­lın­da mühüm ye­ni­lik du­luz çar­xı­nın mey­da­na çıx­ma­sı­dır. Du­luz çar­xı va­si­tə­si ilə da­ha mükəm­məl qab­lar ha­zır­lan­mağa ba­ş­lan­mış­dır. Du­luz çar­xı­nın mey­da­na çıx­ma­sı gi­lin yax­şı yoğ­rul­ma­sı­na sə­bəb ol­muş­dur. Bu da qab­la­rın key­fiyy­ə­tin­də və for­ma­sın­da dəy­i­şik­lik əmə­lə gə­tir­miş­dir. Xüsu­sən mə­i­şət­də iş­lə­nən qab­la­rın is­teh­sal olun­ma­sı kütlə­vi xa­rak­ter al­mış­dır. Bu gün də Ər­ki­va­nın Bağlakücə mə­həl­lə­sin­də du­luz çarx­la­rın­da qab­la­rın ha­zır­lan­ma­sı da­vam et­di­ri­lir.
 
Apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat­lar nə­tic­ə­sin­də Azər­bayc­an əra­zi­sin­də və Ər­ki­van­da tunc dövrünü üç in­ki­şaf mər­hə­lə­si müəyy­ən olun­muş­dur. Azər­bayc­an­da III mi­nil­liy­in so­nun­da ib­ti­dai ic­ma qu­ru­lu­şu dağ­ıl­mış, döv­lət­lər mey­da­na çıx­mış­dır. Apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat­lar və ya­zı­lı mən­bə­lər gö­s­tə­rir ki, Ər­ki­van əra­zi­si qə­dim Man­na və At­ro­pe­ten döv­lət­lə­ri­nin ən mühüm əra­zi­lə­rin­dən bi­ri ol­muş­dur. Man­na döv­lə­ti e.ə IX əs­rin ikinci ya­rı­sın­da ta­rix səh­nə­si­nə çıx­mış­dır. Man­na döv­lə­ti özünün çi­çək­lən­mə dövrünü e.ə VI­II əs­rin ikinci ya­rı­sın­da gö­s­tər­miş­dir. Bu dövr­də döv­lə­ti İran­zu ida­rə et­miş­dir. İran­zu özünün ha­ki­miyy­ə­ti il­lə­rin­də öl­kə­nin əra­zi­si­ni ge­ni­ş­lən­dir­mək üçün ya­ran­mış əl­ve­ri­ş­li şə­ra­i­tin­dən bac­a­rıq­la is­ti­fa­də et­miş­dir.
Ərkivanda heyvandarlıq, eləc də atçılıq Man­na­nın vi­lay­ət­lə­rin­də hey­van­dar­lığ­ın, xüsu­sən at­çı­lığ­ın in­ki­şa­fı haq­qın­da As­su­riya Mİ­Xİ ya­zı­la­rı mə­lu­mat ve­rir. Ər­ki­van­da da I mi­nil­liy­in or­ta­la­rın­da və xüsu­sən dəmir dövründə özünün yüksək mər­hə­lə­si­nə çat­mış­dır. Apa­rı­lan el­mi-təd­qi­qat­lar za­ma­nı atın in­san­la­rın fə­a­liyy­ə­tin­də mühüm yer tut­ma­sı müəyy­ən olun­muş­dur. Uzun müddət at in­san­la­rın tə­sərrüfa­tın­da və mə­i­şə­tin­də apa­rıcı möv­qe tut­muş­dur. Atın əh­li­ləş­di­ril­mə­si in­san­la­ra tə­bi­ə­tin sir­lə­ri­ni da­ha də­rin­dən dərk et­məyə şə­ra­it ya­rat­mış və da­ha uzaq öl­kə­lə­rə sə­fə­rə çıx­maq im­ka­nı ya­rat­mış­dır. Son za­man­la­ra qə­dər atın əh­li­ləş­di­ril­diyi öl­kə Qər­bi Av­ro­pa əra­zi­si he­sab olu­nur­du. Apa­rı­lan ar­xe­o­lo­ji təd­qi­qat za­ma­nı Ma­sal­lı, Cə­li­la­bad və baş­qa bö­lg­ə­lə­rin tunc dövrünə aid düşə­rg­ə­lə­rin­dən ev at­la­rı­nın sümüklə­ri­nin ta­pıl­ma­sı Azər­bayc­an­da da atın əh­li­ləş­di­ril­diy­i­ni ən qə­dim öl­kə­lər­dən bi­ri he­sab et­məyə im­kan ya­rat­mış­dır. Bu gün də Ər­ki­van­da at­dan tə­sərrüfat iş­lə­ri za­ma­nı is­ti­fa­də olu­nmaq­da­dır. Ma­ke­do­niy­a­lı İs­kən­dər Or­ta Asy­aya yürüş edən za­man At­ro­pat onun ya­nı­na gə­lə­rək ta­be ol­duğ­u­nu bil­dir­di. Era­dan əv­vəl 323-cü il­də İs­kən­dər onu Mi­diy­a­nın sa­t­rarpı və­zi­fə­si­nə təy­in et­di. Era­mız­dan əv­vəl 323-ci il­də İs­kən­dər və­fat et­dik­dən so­nra At­ro­pat At­ro­pa­teny­a­nın müstə­qil ha­ki­mi ol­du və özünü hökmdar elan et­di. At­ro­pa­ten müstə­qil döv­lə­tə çe­v­ril­di. At­ro­pat is­te­dad­lı və gör­kəm­li döv­lət xa­di­mi idi.
 
Ərkivan Atropateana dövründə
 

Əv­vəl­lər At­ro­pa­te­na­nın əra­zi­si əsa­sən Azər­bayc­a­nın cə­nub vi­lay­ət­lə­rin­dən iba­rət idi. Şi­mal­da onun əra­zi­si Araz çay­ı­na qə­dər uza­nır­dı. Hökmdar­la­rın iqa­mə­tg­a­hı Ur­miya gölünün cə­nub-şərq sa­hi­lin­də yer­lə­şən Qa­za­ka (Qanza) şə­hə­ri idi. Əha­li­nin mə­şğ­ul ol­duğu tə­sərrüfat sa­hə­lə­ri içə­ri­sin­də yun par­ça ema­lı mühüm yer tu­tur­du.
Ər­ki­van At­ro­pa­ten­a­nın ən zə­ng­in əra­zi­lə­rin­dən bi­ri he­sab olu­nur­du. At­ro­pa­ten döv­lə­ti­nin mey­da­na çıx­ma­sı Azər­bayc­an əra­zi­sin­də xal­qın tə­şəkkülü üçün əl­ve­ri­ş­li şə­ra­it ya­rat­mış­dır. Man­na­dan fər­q­li ola­raq At­ro­pa­ten da­ha çox Azər­bayc­a­nın şi­mal tor­paq­la­rı­na meyl edir­di. Onun uzun müddət müstə­qil in­ki­şa­fı Ara­zın şi­mal his­sə­sin­də yer­lə­şib, həm et­nik, həm də mə­də­ni cə­hətcə At­ro­pa­te­nə ya­xın olan Qaf­qaz Al­ba­niy­a­sı­nın in­ki­şaf ta­ri­xi ilə sıx bağ­lı ol­muş­dur. Era­mı­zın III əs­rin­də Sa­sa­ni­lər At­ro­pa­te­ni işğ­al et­mi­ş­lər. VII əsrdə ərəb­lər Azər­bayc­a­nı işğ­al et­miş və əsa­sən cə­nub vi­lay­ət­lə­rin­də İs­lam di­ni­ni yay­mağa ba­ş­la­mı­ş­lar. XIV-XV əsrlər­dən eti­ba­rən Azər­bayc­an­da müstə­qil­lik mey­li art­mağa ba­ş­lay­ır. Ər­də­bil şə­hə­ri­ni Sə­fə­vi­lər süla­lə­si ida­rə et­məyə ba­ş­lay­ır. Sə­fə­vi­lər süla­lə­si 1254-1334-cü il­lər­də ya­şa­mış Şeyx Sə­fi­əd­din­dən ba­ş­lay­ır. Sə­fə­vi­lər dünyə­vi və ru­ha­ni hö­ku­mə­ti öz əl­lə­rin­də bir­ləş­dir­miş­di­lər. On­la­rın çox böyük vəqf tor­paq­la­rı və baş­qa sər­vət­lə­ri var idi. Muğ­an da sə­fə­vi­lə­rə məx­sus idi.
 
Mən­bə­lə­rin ver­diyi mə­lu­ma­ta əsa­sən ta­rix elm­lə­ri dok­to­ru Sey­i­dağa Onul­la­hi Şeyx Sə­fi­əd­di­nin 1274-1281-ci il­lər­də Ər­ki­van kən­din­də ya­şa­dığ­ı­nı qeyd edir. Bu­nun­la əla­qə­dar ola­raq hə­min il­lər­də Ər­ki­van kən­din­də Şeyx Sə­fi­nin in­şa et­diyi Şah Sə­fi bu­lağı gö­s­tə­ri­lir. Ha­zır­da Ər­ki­van­da­kı "Şə­hid­lər bu­lağı"nın ya­xın­lığ­ın­da yer­lə­şən "Şah Sə­fi bu­lağı" (Miy­on­di mə­həl­lə­sin­də) ey­ni za­man­da bu bö­lg­ə­də ziy­a­rə­tg­ah ki­mi ta­nı­nır. Ta­ri­xi mən­bə­lə­rin ver­diyi mə­lu­ma­ta əsa­sən 1501-ci il­də Tə­b­riz­dən qay­ı­dar­kən Şah İs­may­ıl Xə­tai yol üstü Ər­ki­van­da day­a­nıb dinc­əl­miş və Şeyx Sə­fi bu­lağ­ın­dan su iç­miş­dir.
 
Çar Ru­siy­a­sı öz müstəm­lə­kə­çi­lik siy­a­sə­tin­də Ta­lış vi­lay­ə­ti­nə xüsu­si diq­qət ye­ti­rir və onun əra­zi­si­ni işğ­al et­məyə ça­lı­şır­dı. Ağa Mə­həm­məd Şah Qac­ar İran­da ha­ki­miyy­ət ba­şı­na gəl­diyi za­man Ta­lış ha­ki­mi Mir Mu­s­ta­fa xan ona ta­be ol­ma­mış­dır. Eləcə də Ər­ki­van qa­la­sın­da ha­ki­miyy­ə­t­də olan oğ­lu Mir Hə­sən xan da İra­na ta­be­çi­lik et­mə­miş­dir.
 
1812-ci il­də Ru­siya im­pe­ra­to­ru I Alek­sandr Ər­ki­van qa­la­sı­nı işğ­al et­miş, buna görə ge­ne­ral N.S.Xotly­a­rev­skiyə 2000 çer­von məb­ləğ­in­də pul müka­fa­tı ver­miş­dir.
XIX əs­rin son­la­rın­da Ər­ki­van­da bir ne­çə mə­scid ti­kil­miş­dir.
XX-XXI əsrlər­də Ər­ki­van özünün ta­ri­xi in­ki­şa­fın­da mühüm in­ki­şaf mər­hə­lə­si­nə çat­mış və qə­sə­bəyə çe­v­ril­miş­dir.
(Yazı "Ərkinan salnaməsi” kitabında tarix elmləri doktoru Əsədulla Cəfərovun çap olunmuş məqaləsi əsasında hazırlanmış, ixtisar edilmiş və redaktə olunmuşdur)
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər