» » Ərkivan sözünün mənası

Ərkivan sözünün mənası


Dil­çi alim, pro­fes­sor Ağ­a­mu­sa Axun­dov ya­zır: Ər­ki­van qa­la­lı yer de­mək­dir. "Ərk"— qa­la, "van" — yer de­mək­dir. Gör­kəm­li ta­rix­çi alim, ərkivanlı N.Məm­mə­do­vun qeyd­lə­ri əsa­sın­da Va­qif Yu­si­f­li "Ər­ki­van və Ər­ki­van­lı­lar" ki­ta­bın­da ya­zır: Ər­ki­van kən­di re­s­pub­li­ka­mı­zın əra­zi­sin­də olan pa­le­o­to­po­nim­lar­dan (po­leo qə­dim, to­po­nim coğ­ra­fi ad) bi­ri də Ər­ki­van coğ­ra­fi adı­dır. Ta­ri­xi mən­bə­lə­ri iz­lə­dik­də Ər­ki­van coğ­ra­fi adı­nın ya­ran­ma­sı ta­ri­xi tə­q­ri­bən V-VI ər­slə­rə ge­dib çı­xır. Çünki VII-XI əsrlər­də ərəb xi­la­fə­ti­nə qar­şı atə­ş­pə­rə­st­liy­in bir qo­lu olan Xürrə­mi­lik bu əra­zi­də mövc­ud ol­muş­dur. Araş­dır­ma­lar gö­s­tə­rir ki, Ba­bək hə­rə­ka­tı (816-836) Azər­bayc­a­nın bir çox diy­ar­la­rı­nı əha­tə et­diyi ki­mi Ta­lış-Muğ­an əra­zi­sin­də də yay­ıl­mış­dır Ər­ki­va­nın Ba­bə­kin is­teh­kam­la­rın­dan bi­ri ol­ma­sı­nı ta­rix­çi­lər də tə­s­diq edir­lər. Azər­bayc­a­nın cə­nub-şərq əra­zi­sin­də Ba­bək hə­rə­ka­tı ilə bağ­lı çox­lu to­po­nim­lə­rə tə­sədüf edil­mə­si də təq­di­rə lay­iq­dir. Ər­ki­van coğ­ra­fi adı­na An­tik dövr mən­bə­lə­rin­dən tut­muş müa­sir dövrümüzə qə­dər aşağ­ı­da­kı ya­zıl­mı­ş­la­ra da rast gə­li­nir: Ər­ki­van, Ark­üvan, Ardjüvan, Ar­ki­van və s. Bu ya­şay­ış mən­tə­qə­si adı­nın tər­ki­bin­də­ki kon­pa­nent­lər­dən "Ərk", "ak" fars di­lin­də "iç qa­la", "is­ti­na­dg­ah", "qa­la di­va­rı", "i" bir­ləş­di­ric­i­si səs, van isə yer de­mək­dir. Ər­ki­van to­po­ni­mi­nin mə­na­sı Qa­la­nın ya­xın­lığ­ın­da is­ti­na­dg­ah ye­rin­də sa­lın­mış kənd de­mək­dir. De­mə­li Ər­ki­van kən­di ulu ke­ç­mi­şi­mi­zin ya­di­g­a­rı olan is­teh­kam ya­xın­lığ­ın­da sa­lın­ma­sı­na gö­rə be­lə ad­lan­dı­rıl­mış­dır. Ta­ri­xi mən­bə­ə­lə­rə əsa­sən ta­rix­si-alim N.Məm­mə­do­vun de­dik­lə­ri­nə is­ti­nad edən V.Yu­si­f­li gö­s­tə­rir ki, yel xə­s­tə­lik­lə­rin­də müa­lic­ə­vi əhə­miyy­ət kəsb edən tə­bii kükürdlü İs­ti­su mi­ne­ral bu­lağı Ər­ki­van ya­şay­ış mən­tə­qə­si­nin adı ilə bağ­lı ola­raq Ər­ki­van adı­nı da­şıy­ıb. La­kin son vaxt­lar­da hə­min Ər­ki­van İs­ti­su bu­lağı han­sı sə­bəb­dən və mə­lum ol­may­an han­sı ta­ri­xi mən­bəyə is­ti­nad edi­lə­rək Fa­ti­meyi-Zə­h­ra şə­fa İs­ti­su bu­lağı ad­lan­dı­rı­lır. Ta­ri­xi mən­bə­ə­lər­də Ər­ki­van to­po­ni­mi və onun ya­ran­ma­sı ba­rə­də gö­s­tə­ri­lən­lər­dən əla­və, el ara­sın­da dil­dən-di­lə da­nı­şı­lan çox ma­raq­lı mə­lu­mat­lar da söy­lə­ni­lir. 1960-cı il­də 142 ya­şın­da dünya­sı­nı dəy­i­şən Kər­bə­layi Ağ­a­ba­la Alı oğ­lu, 1975-ci il­də 102 ya­şın­da dünya­dan köçmüş Mə­şə­di Məm­mədhüseyn, 1981-ci il­də dünya­sı­nı dəy­i­şən Nə­zir Mol­la t oğ­lu Ər­ki­van kən­di­nin qoc­a­man (ço­xömürlü) sa­kin­lə­ri söy­lə­mi­ş­lər ki, in­di­ki Ər­ki­van mə­ka­nı me­şə­lik və ke­çil­məz cə­ng­əl­lik ol­muş­dur. Ərkani-div rəvayəti Bu mə­ka­nı tə­q­ri­bən Ər­ki­van qa­la­sı olan əra­zi­də qə­dim nağ­ıl­lar­da dey­i­lən ki­mi div ad­lan­dı­rı­lan əc­ay­ib bir (məx­luq) şəxs ya­şa­mış, rəvayətə görə, onun adı Ər­ka­ni-Div ol­muş­dur. Onun qor­xu­sun­dan bu ət­ra­fa (in­di­ki Ər­ki­van əra­zi­si­nə) kim­sə gə­lib mə­s­kun­la­şa bil­mə­miş­dir, həm də ət­raf mə­kan­lar­da ya­şay­an xal­qa (in­san­la­ra) ziy­an vu­rar­mış. Bu əh­va­lat­dan xə­bər tu­tan Həz­rə­ti Əli (Ə) tə­rə­fin­dən 640-650-ci il­lər­də Ər­ka­ni-Div öldürülüb. Hə­min vaxt­dan bu mə­ka­nın adı Ər­ki­va­ni - Div öldürülən yer ad­lan­dı­rı­lır. İl­lər keç­dikcə bu mə­ka­na müxtə­lif tay­fa­lar gəl­miş, me­şə­lik­lə­ri və gənc­əl­lik­lə­ri abad­laş­dı­ra­raq mə­s­kun­laş­dır­mı­ş­lar, bu əra­zi­də mə­s­kun­la­şan tay­fa­lar öz­lə­ri­ni Ər­ki­va­ni-Div öldürülən əra­zi­də (yer­də) mə­s­kun­laş­dıq­la­rı­nı söy­lə­miş­dir. Uzun il­lər keç­dikcə hə­min ad dil­dən-di­lə düşə­rək tək­mil­ləş­miş və in­di­ki Ər­ki­van adı­nı al­mış­dır. Bu fak­tı araş­dır­maq məq­sə­di­lə Ər­ki­van kən­di­nin qoc­a­man sa­kin­lə­rin­dən bi­ri olan, 2002-ci il­də 96 ya­şın­da dünya­sı­nı dəy­iş­mə­miş­dən əv­vəl, Kər­bə­layi Mə­şə­di Mol­la Əzim Axund Mo­la Sə­fər oğ­lu­na mürac­i­ət et­dim ki, bəl­kə el ara­sın­da ağ­ız­dan-ağ­ı­za da­nı­şı­lan hə­min əh­va­lat Nəc­əf ali­mi olan ata­sı Axund Mol­la Sə­fər­dən oğ­lu­na mi­ras qal­mış qə­dim ta­ri­xi-di­ni ədə­biyy­at mən­bə­lə­rin­də han­sı­sa bir qey­diyy­a­ta rast gə­lib. Kər­bə­layi Mə­şə­di Mol­la Əzim ki­şi söy­lə­di ki, bə­li, hə­min əh­va­lat qə­dim ta­ri­xi mən­bə­lər­dən bi­ri olan Həz­rə­ti Əli (Ə) qə­za­vət­lə­rin­dən o za­man­ki til­si­mat­lar şə­ra­i­tin­də et­diyi müha­ri­bə­lər­dən bəhs edən "Xa­vər-Zə­min" ad­lı ta­ri­xi ki­tab­dan özüm oxu­mu­şam. III əs­rin əv­vəl­lə­rin­dən so­nra İran­da ha­ki­miyy­ət Sa­sa­ni­lə­rin əli­nə ke­çir. Sə­sa­ni süla­lə­si Ərəb xi­la­fə­ti­nə qə­dər İra­na tam hök­mran­lıq edir. IV əsrdə türk tay­fa­la­rın Al­ba­niy­aya gəl­mə­si ay­dın olur. V əsrdə isə bu tay­fa­lar Qaf­qa­za və Or­ta Asiy­aya kütlə­vi su­rət­də gəl­məyə ba­ş­lay­ır­lar. VII əs­rin or­ta­la­rın­dan ba­ş­lay­an Ərəb işğ­al­la­rı Azər­bayc­a­nı öz tər­ki­bi­nə birləşdirir.
Sər­kər­də Bu­kary­a­nın baş­çı­lığı ilə Ərəb qo­şu­nu Muğ­a­na hücum edir və qə­lə­bə qa­za­nır. 644-cü il­də muğ­an­lı­lar­la müqa­vi­lə bağ­la­nır. Məhz bu dövr­də Azər­bayc­an­da İs­lam mə­də­niyy­ə­ti yayıl­mağa ba­ş­lay­ır. IX əsrdə Xi­la­fə­tin siy­a­si ha­ki­miyy­ə­ti­nin zə­i­f­lə­mə­si nə­tic­ə­sin­də Azər­bayc­an­da ye­ni va­hid ilk müstə­qil döv­lət mey­da­na gə­lir. Bu ha­ki­miyy­ə­tə Yu­sif İbn-Əbu­sar gəl­di. Pay­tax­tı da Ər­də­bil ol­du. So­nra ha­ki­miyy­ə­tə Sa­la­ru­lar gəl­di­lər. Sa­la­ru­lar­dan so­nra isə on­la­rı rəv­va­di­lər əvəz edir (951-1071). XI əsrdə Səlc­uq­lar cə­nu­bi Qaf­qa­zı Or­ta Asiy­a­dan Ara­lıq də­ni­zi­nə ki­mi olan əra­zi­ni səlc­uq im­pe­riy­a­sı­nın tər­ki­bi­nə qa­tır­lar. Ərkivan Talış xanlığının tərkibində XVI­II əs­rin or­ta­la­rın­dan Ər­ki­van Ta­lış xan­lığ­ı­nın əra­zi­si­nə da­xil idi. M.Ə. Xu­da­ver­di oğ­lu Ta­lış xan­lığ­ı­nı Ər­ki­van kən­di­nin Dəşt­vənd ma­ha­lın­da ol­ma­sı­nı qeyd edir­sə, S.Ə.Ka­zım­bəy oğ­lu isə Cə­va­hir­na­meyi-Lən­kə­ra­ni" əsə­rin­də əs­lin­də Dəşt­vənd ma­ha­lı­nın Ər­ki­van­la ey­ni yer ol­duğ­u­nu ya­zır. Təd­qi­qat­çı­la­rın fi­k­rincə Ta­lış xan­lığ­ı­nın ən böyük ma­ha­lı Ər­ki­van ol­muş, o xan­lığ­ın şi­ma­lın­da yer­lə­şə­rək, qərb­dən dağ­lıq, şərq­dən düzən­lik bir ma­hal ol­muş­dur. Ey­ni za­man­da şi­mal­dan və şi­mal-şərq­dən Şir­van, şərq­dən Xə­zər də­ni­zi­nə qə­dər uza­nır. Cə­nub­dan Lən­kə­ran və Dı­rıq ma­ha­lı, qərb­dən Şə­fi­dəşt ma­ha­lı və İran­la həm­sər­həd ol­muş­dur. Da­ha ma­raq­lı cə­hət bu­dur ki,XVI­II əs­rin əv­vəl­lə­rin­dən ba­ş­lay­a­raq Ər­ki­van Ru­siya döv­lə­ti­nin diq­qə­ti­ni cəlb et­miş­dir. (Digər mənbələrə görə Talış xanlığının ən böyük mahalı olan Dəştvənd şimaldan indi Göytəğpə, cənubdan indiki Bədəlan kəndi ilə həmsərhəd olmuşdur) Bu da mə­lum­dur ki, I Pyotr Ru­siya döv­lət xa­dim­lə­rin­dən bi­ri olan "Kerç" lə­qə­bi Ber­nar Alek­san­d­re­vi­çə Ər­ki­va­nı hə­diyyə et­miş­dir. Ge­ne­ral Katly­a­rev­ski­nin rəh­bər­liyi ilə rus qo­şun­la­rı Ta­lı­şa gə­lər­kən ilk növ­bə­də Ər­ki­va­nı ələ ke­çir­məyi vac­ib bil­mi­ş­lər. A.A.Ba­kı­xa­nov ya­zır: - Ge­ne­ral Katly­a­rev­ski Muğ­a­na ge­dib bu­ra­da olan Qa­ra­bağ ela­tı­nı ge­ri qay­ta­rır və Ər­ki­va­nı yürüşlə al­dı ("Gülüsta­ni-İrəm" Ba­kı-1951). >Rus qo­şun­la­rı­nın qə­lə­bə­si za­ma­nı Ər­ki­van vu­ru­şun­da düşmə­nin iki to­pu və çox­lu si­la­hı ələ keç­di. (F.Əsə­dov "Dar gündə yax­şı ar­xa Ba­kı -1987. səh. 117"). Çar hö­ku­mə­ti Ər­ki­va­nın alın­ma­sı­nı yüksək qiy­mət­lən­di­rir. Bu­nu Ta­lı­şın alın­ma­sın­da mühüm ad­dım he­sab edir. Ona gö­rə də çar 1812-ci il de­ka­b­rın­da Ər­ki­va­nın alın­ma­sı­na gö­rə Katly­a­rev­skiyə 2000 çer­von məb­ləğ­in­də müka­fat ver­miş­dir. Ərkivanda tüstü pulu Ər­ki­van Ta­lış xan­lığ­ı­nın ən mühüm ya­şay­ış mən­tə­qə­lə­rin­dən bi­ri ol­muş­dur. Bu­ra­lar­da Ta­lış ha­ki­mi pol­kov­nik Mir Hə­sən xa­nın ma­li­ka­nə­si yer­lə­şir­di. O, ya­xın­la­rı Mir Hüseyn və Mir İs­may­ı­la xey­li tor­paq sa­hə­si və əra­zi bağ­ı­ş­la­mış­dır. Xan­lıq­da ev he­sa­bı ilə tütsü pu­lu adı ilə ve­rgi yığ­ı­lır­dı. Ər­ki­van­da o za­man 189 ev­dən hə­min ve­rgi alı­nır­dı və 66 ev­də xan­lığ­ın xüsu­si hər­bi say­ı­lan ma­na­f­lar ya­şay­ır­dı. Ər­ki­van rus qo­şun­la­rı tə­rə­fin­dən işğ­al edil­sə də ər­ki­van­lı­lar Mir ­Hə­sən xa­na sə­da­qət­li ol­mu­ş­lar. 1831-ci il­də ha­ki­miyy­ə­ti­nə bər­pa et­məyə ça­lı­şan Mir Hə­sən xan 20 at­lı ilə Ta­lı­şa gə­lir. Pa­s­ke­viç bun­dan bərk na­ra­hat­lıq his­si ke­çi­rir. Təc­i­li si­lah­lı də­s­tə top­la­maq is­təy­ir. Ko­men­dan­tın sə­rənc­a­mı ilə bütün Ər­ki­van ma­ha­lı əha­li­sin­dən tor­lan­mış at­lı də­s­tə xan tə­rə­fə ke­çir ("Azər­bayc­an ta­ri­xi" Ba­kı. 1984, səh. 87).
Ər­ki­va­nın tə­sərrüfat həy­a­tı ba­rə­sin­də mən­bə­lər­də ma­raq­lı mə­lu­mat­lar var­dır. S.Ka­zımbəyoğ­lu ya­zır ki, ər­ki­van­lı­lar döyüşdə və at min­mək­də məş­hurl­dur­lar.
Ər­ki­van­da çəl­tik, buğ­da, ar­pa və di­g­ər ta­xıl-dən­li bit­ki­lər bi­tir. Mə­lum­dur ki, Ər­ki­van­da əha­li­nin əsas mə­şğ­u­liyy­ə­ti isə çəl­tik­çi­lik ol­muş­dur. Su ça­tış­ma­maz­lığ­ı­na gö­rə əha­li əziyy­ət çə­kir, ziy­a­na düçar olur­du­lar. XIX əs­rin son­la­rın­da Ər­ki­van mən­tə­qə­si üzrə su mə­sə­lə­lə­ri­ni ni­zam­la­maq üçün mi­rab iş­ləy­ən Mirc­ə­fər bəy Ta­lış­xa­no­vun bu sa­hə­də rüşvət­xor­luğu həd­di­ni aş­mış­dır. O, suyu anc­aq bəy­lə­rə və mülkə­dar­la­ra ver­miş, ər­ki­van­lı­lar bu ba­rə­də ki­nayə ilə Ba­kı da­i­rə məh­kə­mə­si­nə və Qaf­qaz ca­ni­şin­liy­i­nə şi­kay­ət ve­rir­lər. On­lar ya­zır­lar: - Əg­ər Mi­ra­bı rüşvət al­dığ­ı­na gö­rə məh­kə­mə iki ma­nat cə­ri­mə edir­sə onun qa­zancı isə o, 200 ma­nat­dan çox rüşvət olur. (Azər­bayc­an MDTA fond 21, siy­a­hı, iş 559, səh 130-131). Va­qif Yu­si­f­li­nin "Ər­ki­van və ər­ki­van­lı­lar" ki­ta­bı 1996-cı il. Səh.35-36). Ərkivandan keçən kəhriz XVI­II əs­rin axır­la­rın­da Ər­ki­van­da olan sə­rin, şə­fa ve­rən suyu Mir­mu­s­ta­fa xa­nın diq­qə­ti­ni cəlb et­miş, xan bu suyu Lən­kə­ran şə­hə­ri­nə axıt­maq üçün 30 ki­lo­metr­lik sax­sı bo­ru­lar düzəlt­dir­miş və ye­ral­tı su xət­ti­ni in­şa et­dir­miş­dir. 1904-cü il­də isə Ər­ki­van kən­din­də­ki gö­zəl sə­rin suyu olan bu­laq­lar­dan bi­ri Meh­di bu­lağ­ın­dan Ka­li­nov­ka kən­di­nə qə­dər rus­lar tə­rə­fin­dən sax­sı bo­ru­lar­la ye­ral­tı su kə­mə­ri də çə­kil­miş və son il­lə­rə (1960) qə­dər is­ti­fa­də edil­miş­dir. Ərkivan Səfəvilər dövründə Şah İs­may­ı­lın Azər­bayc­a­nın va­hid döv­lət ol­ma­sın­da xid­mət­lə­ri mi­sil­siz­dir. 2001-ci il­də Sə­fə­vi döv­lə­ti­nin 500 il­liyi ta­mam ol­muş­dur. Mə­lum ol­duğu ki­mi Şah İs­may­ıl 1501-ci il­də Şir­va­na ge­dər­kən Ər­ki­van­dan və Şə­rə­fə­dən ke­çə­rək, Muğ­a­na, ora­dan da Şir­va­na yürüş et­məsi barədə məlumatlar var.
Bir sı­ra alim­lər və ta­rix­çi­lər Xə­zər də­ni­zi sə­viyy­ə­si­nin ar­dıc­ıl ola­raq bir ne­çə yüz il­dən bir qal­xıb en­mə­si­ni və bu­nun nə­tic­ə­sin­də isə mə­s­kun­luğ­un ye­ni­ləş­mə­si­ni gö­s­tə­rir­lər.
Ta­rix­çi pe­da­qoq və gör­kəm­li alim A.A.Ba­kı­xa­nov "Gülüsta­ni-İrəm" əsə­rin­də bir sı­ra ta­rix­çi­lər tə­rə­fin­dən Xə­zə­rin iki göl­dən iba­rət ol­duğ­u­nu id­dia et­dik­lə­ri­ni ya­zır. Mi­sal üçün da­hi Azər­bayc­an fi­lo­sof şa­i­ri N.Gənc­ə­vi "İs­kən­dər­na­mə" əsə­rin­də Xə­zə­rin Qur­qan və Qir­qan ad­lı iki göl­dən iba­rət ol­ma­sı­nı və ya­xud "Gülüsta­ni-İrəm" əsə­rin­də A.A.Ba­kı­xa­nov Qu­ra­ni-Kə­rim­də iki gölün bir­ləş­diyi Xə­zər də­ni­zi ba­rə­də­ ta­rix­çi­lər tə­rə­fin­dən dey­im­lə­ri­ni qə­lə­mə al­mış­dır. A.A.Ba­kı­xa­no­vun yaz­dığ­ı­na gö­rə el ara­sın­da dey­i­lir­miş ki, qə­dim­də Ba­kı­nı türkmək sa­hil­lə­ri ilə dar bir bər­xəz (yol) bir­ləş­di­rir­miş. Bu dar yol­la türkmən­lə­rin at­lı də­s­tə­lə­ri Şir­va­na gə­lib soyğun­çu­luq edir­mi­ş­lər.
 
Əra­zi­miz­də də Xə­zə­rin sə­viyy­ə­si ba­rə­də müxtə­lif fi­kir dey­im­lə­ri var­dır. Be­lə ki, XIX-XX əsrdə ya­şa­mış ağ­saq­qal­la­rın ağ­ız­dan-ağ­ı­za gə­zən "Də­niz Ma­sal­lı­nın Muğ­an zo­na­sı­nı, xüsu­sən Məm­məd­xan­lı kən­di­ni yuy­ar­dı" və ya "Ər­ki­van kən­di Xə­zə­rin lə­pə­döy­ə­ni ol­muş­dur" söz­lə­ri hə­qi­qə­tən müxtə­lif dövr­lər­də Xə­zə­rin qalx­ma­sı və en­mə­si­nə da­ha di­g­ər mi­sal­lar gö­s­tər­mək ki­fay­ət edər: Be­lə ki, Ər­ki­van kən­di­nin Pə­lənküştə mə­həl­lə­si­nin sa­ki­ni Əbdülə­li ki­şi­nin XIX əs­rin ikinci ya­rı­sı­na qə­dər Ma­sal­lı­nın Qı­zı­lağ­ac kən­din­də tax­ta-şal­ban pri­sti­ni ol­muş­dur ki, Hə­ş­tər­xan­dan hə­min pri­sti­nə gə­mi­lər də­niz va­si­tə­si­lə tax­ta-şal­ban və di­g­ər ti­kin­ti ma­te­ri­al­la­rı gə­ti­rir­miş, yer­li əha­li tə­min edi­lər­miş və ya­xud XX əs­rin əv­vəl­lə­rin­də də­niz sə­viyy­ə­si­nin bir qə­dər enə­rək Qı­zı­lağ­ac­dan uzaq­la­şar­kən cə­nub bö­lg­ə­sin­də di­g­ər bir li­man olan Port-İli­çə Xə­zər­də gə­mi­lər yan alıb, yük götürüb, yük bo­şal­dar və sər­ni­şin da­şıy­ar­dı­lar. Yax­şı ya­dım­da­dır, 1930-1932 və 1934-cü il­lər­də uşaq idim. Mər­hum Gü­lə­li əmim­lə Port-İliç li­ma­nın­dan Ka­lan­tay və Sent­say­uz ad­lı böyük gə­mi­lə­ri ilə Ba­kı şə­hə­ri­nə get­mi­şik.
Ərkivan ləpədöyən olub
Ər­ki­van kən­di çox qə­dim bir mə­kan ol­maq­la əra­zi­nin hündür ye­rin­də yer­lə­şib. Xə­zər də­ni­zi sə­viyy­ə­si­nin enə­rək kən­din lə­pə­döy­ə­ni ol­ma­sı­na da­ha bir mi­sal: Əra­zi­də ya­şay­ıb 2007-ci il­də dünya­sı­nı 97 ya­şın­da dəy­i­şən ziy­a­lı mər­hum Hüseyn Əsəd­li­nin de­diy­i­nə gö­rə 1915-1916-cı il­lər­də Ər­ki­van kən­di­nin Bə­dir­li mə­həl­lə­sin­də (Mə­həl­lə­nin şər­qə - də­ni­zə tə­rəf olan ye­rin­də) Hacı Süley­man, Hacı İb­ra­him və Hacı Qu­lamhüseyn qar­da­ş­la­rı öz­lə­ri­nə qır­mı­zı kər­pic­dən iki mər­tə­bə­li ya­şay­ış evi tik­dir­mək məq­sə­di ilə bünö­v­rə qa­zar­kən gə­mi löv­bə­ri­nə rast gə­lin­miş­dir. Bu da hə­qi­qə­tən Xə­zər də­ni­zi­nin Ər­ki­va­na qə­dər uzan­ma­sı­na, Ər­ki­va­nın lə­pə­döy­ən ol­ma­sı­na və hə­min dövr­də bu əra­zi­də gə­mi­lə­rin gəz­mə­si­nə əy­a­ni mi­sal­dır.
Dey­i­lən­lə­rə gö­rə, be­lə bir gə­mi löv­bə­ri Tək­ke­çid və Bəy­lər kən­di İsi­nin aşağı his­sə­sin­də Vi­ləş çay­ı­nın sağ­ın­da apa­rı­lan qa­zın­tı za­ma­nı da ta­pıl­mış­dır. Bu­ra­dan ay­dın olur ki, Xə­zər də­ni­zi­nə axıb tökülən Vi­ləş çayı ey­ni za­man­da Yar­dım­lı yo­lu kə­na­rın­da yer­lə­şən Tək­ke­çid körpüsünə qə­dər gə­mi yo­lu ol­muş­dur.
Ər­ki­van kən­di müxtə­lif tay­fa­la­rı təm­sil edən, hər bi­ri ki­çik kən­də bə­ra­bər olan 13 mə­həl­lə­dən iba­rət­dir. Bu mə­həl­lə­lər Qı­zı­laküçə, Pə­lənküştə, Bağ­laküçə, Zey­ni­o­ba, Miy­on­di, Hə­sə­nəküçə, Abas­lı, İsi­o­ba, Ra­ma­zan­lı, Göllü, Bə­dir­li, Cə­bi­li və Əli­hə­sən­li­dən iba­rət­dir.
Bu mə­həl­lə­lə­rin hər bi­ri­nin Ər­ki­van­da özünə­məx­sus mə­lum əra­zi­si var­dır. Vax­tı ikən kənd əra­zi­si­nin müxtə­lif yer­lə­rin­dən öz­lə­ri­nə mə­s­kən sa­lıb ya­şa­mağa ba­ş­la­mış tay­fa­lar za­man keç­dikcə tö­rəy­ib art­dıq­la­rı üçün mə­həl­lə­lər ge­ni­ş­lə­nib böyümüş, bə­zi­lə­ri isə hət­ta bir-bi­ri ilə qa­rı­şa­raq mə­həl­lə­nin əra­zi sər­həd­di it­miş­dir. Bu­nu kən­din Abas­lı, İsi­o­ba, Göllü, Hə­sə­nəküçə, Miy­on­di, Bağ­laküçə və Zey­no­ba mə­həl­lə­lə­ri­nin tim­sa­lın­da ay­dın gör­mək olar. Adi ba­xış­da hər kəs bu mə­həl­lə­lə­rin bi­ri­ni di­g­ə­rin­dən ay­ırd edə bil­mir, ta­ki hə­min mə­həl­lə sa­kin­lə­rin­dən so­ru­şub öy­rə­nil­mə­sə.
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Xəbərlər