Arkivan.az » Təhsil » Ərkivanda Təhsil

Ərkivanda Təhsil


Ər­ki­van­da çar Ru­siy­a­sı dövründə kənd­də olan ru­ha­ni­lər tə­rə­fin­dən ev­lər­də və ya mə­scid­lər­də yal­nız di­ni dər­slər ke­çi­ri­lir­miş. 1880-1885-ci il­lər­də Ər­ki­van­da rə­s­mi mə­d­rə­sə­lər (mol­la mək­tə­bi) ya­ran­mış­dır ki, bu mə­d­rə­sələr­dən birində Hacı Mol­la Mə­həm­mə­dəli Axund və Mol­la Ağ­ar­za Axund dərs ve­rir­miş. Dey­i­lən­lə­rə gö­rə XIX əs­rin son­la­rın­da kənd­də yal­nız bir nə­fər Mir­zə ol­muş­dur.  XX əs­rin 1-ci onil­liy­in­də isə kən­din Göllü mə­həl­lə­sin­dən Aba­sə­li Ba­xış oğ­lu, Hə­sə­nəküc­ə­də Qur­ba­nə­li Əl­məm­məd oğ­lu kənd­də ana di­lin­də mək­təb aç­mağa cəhd et­mi­ş­lər.
1920-ci il­də Ək­bər­xan Ta­lı­şın­ski­nin ya­xın­dan kö­məyi ilə Ər­ki­van kən­din­də ilk ib­ti­dai mək­təb açı­lır. O, za­man kənd­də ic­ti­mai bi­na ol­ma­dığ­ın­dan mək­təb ilk də­fə Ab­bas­lı mə­həl­lə­sin­də Mol­la Sə­fər İb­ra­him oğ­lu­nun evin­də fə­a­liyy­ə­tə ba­ş­la­mış və türk əlif­ba­sı ilə dərs ke­çi­ril­miş­dir.
Hə­min mək­təb­də ilk müəl­lim Bə­dir­li mə­həl­lə­sin­dən Mu­sa Hacı Za­hid oğ­lu ol­muş­dur. 1921-ci il­də mək­təb Ab­bas­lı mə­həl­lə­sin­də Ey­nə­li Məm­mə­do­vun evi­nə köçürülmüşdür. (so­nra­lar Burc­u­nun ya­şa­dığı ev­də) I-II si­nif şa­g­ird­lə­ri ora­da bir otaq­da dərs ke­ç­mi­ş­lər.
 Bədirli məhəlləsindən Nüsrət Mirzəyev, Pə­lə­ngküştə məhəlləsindənVəkil Bayramov da Ərkivan kəndinin ilk müəllimləri olmuşlar.  1921-ci il­də hə­min mək­təb Göllü mə­həl­lə­si­nə-Ka­mi­lin evi­nə köçürülmüş və 1927-ci ilə ki­mi bu­ra­da fə­a­liy­yət gö­s­tə­rə­rək sonar 7 il­lik və na­ta­mam or­ta mək­tə­bə çe­v­ril­miş­dir.  1920-ci il­də Mol­la Sə­fər İb­ra­him oğ­lu­nun evin­də təş­kil olu­nan mək­tə­bin 1-ci si­ni­fin­də ilk də­fə 13 nə­fər oxu­muş­dur.  
Ab­bas­lı mə­həl­lə­sin­dən Ab­dul­lay­ev Qə­dir Biny­ət oğ­lu.
Bə­dir­li mə­həl­lə­sin­dən Bağ­ı­rov Əli Bağ­ır oğ­lu.
Bə­dir­li mə­həl­lə­sin­dən Bağ­ı­rov Qə­dir Bağ­ır oğ­lu.
Ab­bas­lı mə­həl­lə­sin­dən Qur­ba­nov Məş­qur İs­ra­fil oğ­lu.
Ab­bas­lı mə­həl­lə­sin­dən İb­ra­hi­mov Əzim Mol­la Sə­fər oğ­lu.
Ab­bas­lı mə­həl­lə­sin­dən Məm­mə­dov Məm­məd Məc­id oğ­lu.
İsi­o­ba mə­həl­lə­sin­dən Məm­mə­dov Hey­bət Mu­sa oğ­lu.
Pə­lənküştə mə­həl­lə­sin­dən Məm­mə­dov Ya­qub Əmi­ras­lan oğ­lu.
Bə­dir­li mə­həl­lə­sin­dən Za­hi­dov Məm­mədhüseyn Za­hid oğ­lu.
Bə­dir­li mə­həl­lə­sin­dən Rüstə­mov Mə­za­hir Məm­məd oğ­lu.
Cə­bi­li mə­həl­lə­sin­dən Cə­biy­ev Ab­dul­la Ab­dul­kə­rim oğ­lu.
Bə­dir­li mə­həl­lə­sin­dən Hə­sə­nov Əlöv­sət İb­ra­him oğ­lu.
İsi­o­ba mə­həl­lə­sin­dən Şa­miy­ev Fa­zil Da­daş oğ­lu.  
1923-1926-cı il­lər­də Ər­ki­van kən­din­də gənc­lər oxu­mağa cid­di meyl gö­s­tə­rir­di­lər. Bu­nu nə­zə­rə ala­raq döv­lət tə­rə­fin­dən Ər­ki­van kən­din­də 1927-ci ild böyük bir mək­tə­bin bi­nö­v­rə­si qoy­ul­muş, mək­tə­bin ti­kin­ti­si 1928-ci il­də ba­şa çat­dı­rıl­mış­dır. Hə­min mək­tə­b xa­rici görünüşünə görə "Ağ mək­təb" ad­lan­dı­rıl­mış­dır.
"Ağ Mək­təb" əv­vəl 7-il­lik, so­nra isə 1937-ci il­dən or­ta mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir.  
Bun­dan əv­vəl 1931-1932-ci il­lər­də da­ha 3 mə­həl­lə­də -Bə­dir­li, Hə­sə­nəkücə və Bağ­lakücə mə­həl­lə­lə­rin­də ib­ti­dai mək­təb­lər ya­ra­dıl­dı. Bun­lar 1933-cü ilə ki­mi Ər­ki­van 7 il­lik mək­tə­bi­nin nəz­din­də ol­muş, so­nra isə müstə­qil ola­raq 7 il­lik mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tər­mi­ş­lər. Bu mək­təb­lər­də ilk də­fə Və­kil Əbdülə­li oğ­lu Bay­ra­mov (Pə­lənküştə) və Nüsrət Mir­zəy­ev (Bə­dir­li mə­həl­lə­si) müəl­lim iş­lə­mi­ş­lər.
 
Ər­ki­van kən­din­də 1978-ci il­də 624 yer­lik (Abbaslı) ye­ni bir mək­təb ti­kil­məyə ba­ş­lan­dı və 1980-cı ilin senty­a­b­rın­da is­ti­fa­dəyə ve­ri­lə­rək C.Cab­bar­lı adı­na or­ta mək­təb ki­mi fə­a­liyy­ət gö­s­tə­rir.
Bu­nun­la ya­na­şı Bə­dir­li, Hə­sə­nəkücə və Bağ­lakücə 7 il­lik mək­təb­lər də so­nra­kı il­lər­də or­ta mək­tə­bə çe­v­ril­miş­dir.
 Ha­zır­da Ər­ki­van kən­din­də ilk or­ta mək­təb olan "Ağ mək­təb­dən" baş­qa (Bu məktəb indi əsas məktəb kimi fəaliyyətdədir) da­ha 4 or­ta mək­təb fə­a­liyy­ət gö­s­tər­mək­də­dir. Bun­larC.Cab­bar­lı adı­na Ər­ki­van, Və­kil Bay­ra­mov adı­na Bağ­lakücə, Şə­hid Əl­van Bağ­ı­rov adı­na Hə­sə­nəkücə və Şə­hid Za­hir Nəc­ə­fov adı­na Bə­dir­li or­ta mək­təb­lə­ri­dir. Bundan əlavə, 2013-cü ildən Allahyarlı kəndi Ərkivan qəsəbəsinə qatıldığından buradakı ibtidai məktəb də Ərkivan məktəblərindən sayılır. 
  • Tarix: 15.03.2015, 01:26
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Xəbərlər