Arkivan.az » Səhiyyə » Səhiyyə Tarixi

Səhiyyə Tarixi


Ərkivanda səhiyyə 

Digər elm sahələrində olduğu kimi ərkivanlılar səhiyyə sahəsində də bir sıra uğurlara əl atmışlar. Təəssüf ki, biz Ərkivanın səhiyyə tarixi haqqında ən intektual hesab etdiyimiz həkimlərdən belə dolğun məlumat ala bilmədik. Sovet hökumətindən öncə Ərkivanda həkim olubmu? İlk dəfə bu peşəni özünü sənət seçənlər kimlər olub? İlk həkim məntəqəsi harada yaranıb? Bu və buna bənzər suallara biz hələlik cavab ala bilməmişik. Buna görə, hələlik ərkivanlı həkimlər barədə əlimizdə olan ilkin məlumatları sizə təqdim edirik:

"Alimlər” bölməsində qeyd etdiyimiz kimi 4 ərkivanlı tibb sahəsində alimlik adını qazanıb. Onlardan ən ucada dayanan Tibb Elmləri Doktoru olmuş Əvəz Cəbiyevdir. Tibb sahəsində 2-ci tibb elmləri doktoru adını qazanmaqMəhərrəməli Niftullayeva nəsib olub. Bu sırada tibb sahəsi üzrə fəlsəfə doktorları adını qazananlar sırasında Zülfüqar Cəbiyevin, Həsənağa Qəmbərovun, Vaqif Qurbanovun Qoşqar Şiriyevin adlarını çəkə bilərik.  Səhiyyə sistemində idarəçilik sahəsində aşağıdakıların adını çəkə bilərik:  Rasim Əzizov – Masallı Səhiyyə şöbəsinin müdiri olmuş, hazırda Masallı MX-nin poliklinikasının müdiridir.  

Seyfəddin Məmmədov – Masallı Ağ Ciyər Xəstəlikləri Xəstəxanasının müdiri olmuşdur.  

Kamal Vəkilov - Masallı Sanitar Epidemioloji Stansiyasının rəisi olmuşdur.

Kamal Məmmədov – Masallı Mərkəzi Xəstəxananın Rentgen Şöbəsinin müdiri.  

Fəxrəddin Nəzərov – Masallı Mərkəzi Xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.

İlqar Qurbanov - Masallı Mərkəzi Xəstəxanasının Uşaq Xəstəlikləri şöbəsinin müdiri.
 
Natiq Məmmədov – Mərkəzi xəstəxananın mədə xəstəlikləri şöbəsinin müdiri.

Ramiz Sadıqov – Kalinovka xəstəxanasının Cərrahiyyə Şöbəsinin müdiri.  

Faiq Əliyev – Masallı Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri işləyib.
Hazırda həmin xəstəxanada cərrahdır.

Kazımov Xanoğlan İbrahim oğlu. – Masallı Rayon Uşaq Xəstəxanasının müdiri işləmişdir. Vəfat etmişdir.
 
Ərkivanlılar bir sıra kəndlərdəki
"Sağlamlıq” Mərkəzlərinə rəhbərlik etmişlər və edirlər.

Vaqif Qurbanov, Rauf Qurbanov – müxtəlif vaxtlarda Qızılağac həkim məntəqəsinə rəhbərlik ediblər.  
Əlican Məmmədov – Yeddioymaq kəndində həkim məntəqəsinin müdiri işləyib. Vəfat edib.
Məmməd İbayev – Təzə Alvadı həkim məntəqəsinə rəhbərlik edib.  
İlqar Qurbanov - Bədəlan həkim məntəqəsinin müdiri olub.
Rauf Qurbanov - Qəriblər həkim məntəqəsinin müdiri işləyir.  
Bağır Bağırov – Təklə həkim məntəqəsinin müdiri işləyir.
Vaqif Sadıqov - Qodman həkim məntəqəsinin müdiri işləyir  
Tofiq Şahbazov – Şəki Rayonlararası Şəkər Xəstəxanasının direktoru işləmişdir.
Hüseynbala Novruzov– Bakıda 1 saylı klinikanın baş həkimin müavini  
Əlsahib Mahmudov - Bakıda Əhmədli qəsəbəsində 14 saylı poliklinikanın müdiri.
Fərayil Məmmədov —Lənkəran Diaqnostika Mərkəzinin həkimi    
 
Ərkivanlı stomatoloqlar, ginekoloqlar, qadın həkimlər, ilk apteklər və əczaçılar və sair bölmələr üzrə yazılar isə hazırda işlənir. .
                 
  • Tarix: 18.03.2015, 22:10
Xəbəri paylaş
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Xəbərlər