Arkivan.az » Xəbərlər » “Titulsuz” müəllimin  möhtəşəm yubileyi

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi


“Qardaşxan Zeynalov:-Şagirdlərimdən heç vaxt hədiyyə qəbul etməmişəm”

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Mayın 4-də ərkivanlılar olduqca maraqlı bir təbirin iştirakçısı oldular. Bəlkə də, ən azı son 10 ildə ərkivanlıları toplum şəklində bu qədər sevinən görməmişdik.
Hər şey ilin əvvəlində Qardaşxan müəllim haqqında cenubxeberleri.com saytına yerləşdirdiyimiz “Ərkivanlı unudulmaz müəllim-Qardaşxan Zeynalov 80 yaşın astanasında” adlı yazıdan başladı.
http://cenubxeberleri.com/zahiryazi/1373-erkivanli-unudulmaz-muellim-qardashxan-zeynalov-80-yashin-astanasinda.html
Yazıdan dərhal sonra Qardaşxan müəllimin şagirdləri olmuş Sücəddin Novruzov və İsrail Tağıyev təklif etdi ki, Qardaşxan müəllimin 80 illik yubileyini keçirək. Bir təhər özünün də razılığın alandan sonra hazırlığa başladıq.

Ömür yolu dastanlara sığmayan, tərcümeyi-halı isə bir neçə cümlədən ibarət Qardaşxan müəllim.

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
1939-cu ildə Ərkivan kəndində (indi qəsəbə) anadan olub. 2-3 aylığında atası müharibəyə gedib və qayıtmayıb. Məhəllənin ən nurlu ağbirçəklərindən olan Gülçöhrə nənə ona həm ata, həm ana, həm bacı, həm qardaş, həm sirdaş olub. Qardaşxan müəllim 79 il sonra böyük əziyyətlə Polşada 3 aylığında itirdiyi atasının məzarını tapa bilib. Zeynalov ali təhsilini başa vurduqdan sona 1 il Masallının Yeddioymaq orta məktəbində, 1964-1974-ci illərində isə Ərkivandakı “Ağ məktəb”də fizika müəllimi işləyib. Qısa müddətdə Rayon mədəniyyət şöbəsinin və PİK-də təşkilat şöbəsinin müdiri işləsə də, vəzifə adamı olmadığı üçün tezliklə rəhbər işlərdən imtina edərək yenidən müəllimliyə qayıdıb. Daha sonralar isə fəaliyyəti Bakıda, yenə müəllimliklə bağlı olub.
5 övlad atasıdır. Həyat yoldaşı, Ofelya Talışxanova bir neçə il öncə rəhmətə gedib.“Titulsuz” müəllimin  möhtəşəm yubileyi














Müəllimə bu qədər el məhəbbəti nədəndir?

Qardaşxan müəllimə 80 illik həyatı boyu heç bir orden, medal, fəxri ad verilməyib. Heç bunun həvəsində də olmayıb. Lakin o, elə bir el məhəbbəti qazanıb ki, hər hansı fəxri adla müqayisə edilməzdir.

İnsanlar 7 saatlıq tədbirdən niyə ayrılmaq istəmirdilər?

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Tədbirə səhər çağı “Ağ məktəb”in həyətindən start verildi. Qardaşxan müəllimin 1964-1974-cü illərdə şagirdi olduğu 100-ə yaxın insan bura toplaşmışdı. Açıq havadakı meydanda ən maraqlı stol Qardaşxan müəllimin əyləşdiyi stol və onun ətrafında müəllimin sinif yoldaşları – Qubad Cəbrayılov, Adil Yəhyayev, Asəf Məmmədov əyləşmişdilər. Elə ilk təbrikləri də onlar söylədi.

Qardaşxan müəllimin keçdiyi ustad dərsi.

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Ərkivan 4 və 5 saylı məktəblərin şagirdləri yubileylə bağlı maraqlı proqram hazırlamışdılar. “Ağ məktəb ” də tədbirin başlanğıcında ən yaddaqalan məqamlardan biri – Qardaşxan müəllimin Ərkivan məktəbinin yuxarı siniflərində təhsil alan, fizikaya ciddi marağı olan şagirdlərə ustad dərsi keçməsi oldu.

Meşədə - “Siz-sim” istirahət mərkəzində uzun illər unudulmayacaq 5 saatlıq unudulmaz tədbir.

Sirr deyil ki, indi insanları ad günü ilə təəccübləndirmək çox çətindir. Yəqin, bu məqama diqqət çəkən, tədbirə aparıcılıq edən Zahir Əmənov vurğuladı ki, elə tədbir var ora bizi zorla aparırlar, elə tədbir var ayaq sürüyə-sürüyə gedirik, elə tədbir var qaça-qaça, amma Qardaşxan müəllimin tədbirinə, necə deyərlər, uça-uça gəlmişik.

Qardaşxan adi müəllim deyil, bir məktəbdir.

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Xatirələr, şeirlər, musiqi nömrələri, rəqslər bir-birini əvəz edirdi. 64-74 buraxılışlarının təmsilçiləri bir-bir söz alırdı. 50-yə yaxın insan çıxış etsə də, bir neçə nəfər təkidlə təkrar söz alsa da, Qardaşxan müəllim haqqında xoş sözlər, xatirələr bitib tükənmirdi.
Burada çıxış edənləri sadalasaq böyük siyahı, burada danışılanları toplasaq bir kitab alınar. Heyf ki, bir sayt yazısında bunu əhatə etmək çətindir.


“Qardaşxan Zeynalov:-Şagirdlərimdən heç vaxt hədiyyə qəbul etməmişəm”

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Tədbirdə Qardaşxan müəllimlə bağlı çoxlu xatirələr söylənildi. “Ən yaxşı xatirə” mükafatınıa isə İsrail Tağıyev layiq bilindi. İ. Tağıyev hədiyyəni həmin xatirənin qəhrəmanı Qəhrəman müəllimə bağışladı. Qəhrəman müəllim isə həmin hədiyyəni böyük həvəslə Qardaşxan müəllimə uzatsa da yubilyar -müəllim onu hörmətlə geri qaytarıb bildirdi ki, mən heç vaxt şagirdlərimdən hədiyyə qəbul etməmişəm.

Qəhrəman müəllim “mən indi müəlliməm” deyib təkid etsə də, Qardaşxan müəllim “mənim üçün şagirdsən” deyib təkid etdi.
Elə bu məclisin sadəliyi və şirinliyi də ondan ibarət idi ki, kimsə bura qoltuğunda köynək, qalstuk, saat-filan gəlməmişdi. Ən dəyərli hədiyyələr illərdən bəri solmayan müəllimə ehtiram, gözəl xatirələr, bir məclisə sığmayan fərəhli anlar idi.
Bu tədbir bir nümunə idi – yaxşılara qoyulan qədir-qiymətə görə, bütün ruhu ilə müəllim olan insana ehtirama görə, layiq olmadığı ordenlərə, fəxri adlara, zorla təşkil edilən yubileylərə haqqı olmayanlara dərsə görə.

Olduqca təvazökar insan olan Qardaşxan müəllim hər cür təmtəraqdan uzaq adamdır. Təşkilatçıların hədiyyəsi isə ona portret şəkili, fəxri diplom və tədbirdən hazırlanmış foto-albom idi.


Qardaşxan müəllim nələr tövsiyə etdi?

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Qardaşxan müəllim öz çıxışı ilə də sübut etdi ki, yüzlərlə şagirdin təkcə fizika müəllimi yox, həyat müəllimi olub. Hər hərəkəti ilə nümunə olub və indi də nümunədir. Çıxışının video görüntüsü olduğu üçün hər məqamı sadalamasaq da, bir detalı xüsusi ilə vurğulamaq istəyirəm.
Qardaşxan müəllim:- Bu gün də mənim yanıma şagirdlər gəlir. Lakin zəhmətimə görə pul almıram. Repetitorluq ən açığım gələn işdir. Bəzən valideyn təkidlə pul təklif edir. Qaytarım deyirəm ki, pulu ver övladına, bilsin ki, ona təkcə fizika öyrətmədim, ona xeyirxahlıq nədir, onu da başa saldım. İmkanı olanda o da kimlərəsə xeyirxahlıq etsin.
Qardaşxan müəllim sonda təklif etdi ki, bu gün də Ərkivana gəlib, fizikanı sevənlərə təmənnasız dərs deyə bilərəm.


“Hər il “Ərkivan günü” keçirək”

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Bu tədbirdə çox xatirələr təzələndi, çox küsülülər mehribanlaşdı, insanlar bir-birinə xeyli doğmalaşdı. Yada salındı ki, vaxt ilə, 20 il öncə Ərkivanda ərazisin qədimliyi, daha sonra “Ağ məktəb”in 70 illiyi böyük təntənə ilə qeyd olunub. Təklif olundu ki, hər il avqustun 31-i Ərkivan günü kimi qeyd olunsun. Ərkivan tarixinin, abidələrinin, eləcə də alimlərinin, din xadimlərinin, idmançılarının, yaradıcı insanların əməllərini əbədiləşdirən mükəmməl “Ərkivan filmi” yaradılsın və qəsəbənin imkanlı iş adamlar bunu reallaşdırmaq istəyənlərə yardımçı olsunlar.

Minnətdarlıq.

“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
Ərkivana sanki yenir ruh, yeni nəfəs, yüz-yüz könüllərə rahatlıq gətirən bu tədbir üçün istər Qardaşxan müəllim, istər digər iştirakçıları təşkilatçılara xüsusi minnətdarlıq bildirdilər. Tədbirin yüksək səviyyədə təşkili üçün bir çoxlarının zəhməti olsa da, həmişə belə xeyirxah tədbirlərin önündə olan Sücəddin Növruzovun, İsrail Tağıyvein və Zahir Əmənovun ünvanına xüsusi minnətdarlıq ifadələri işlədildi.


“Bu gün ərkivanlı olduğumuz üçün daha çox fəxr etdik”

100-ə yaxın Ərkivanın tanınmışlarını bir araya gətirən bu tədbir ərkivanlıları bir-birinə daha çox sevdirdi. Tədbirə qatılan bəzi gənclər isə qürurlanaraq, az qala sevincdən yaşarmış sevgi dolu gözləri, qürur dolu baxışları ilə aşağıdakı ifadəni dönə-dönə səsləndirddilər: “Bu gün ərkivanlı olduğumuz üçün daha çox fəxr etdik”


Zahir Əmənov



Qeyd: Tədbirdən hazırlanmış görüntülər axşam saatlarında sayta yerləşdiriləcək.


“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
“Titulsuz” müəllimin  möhtəşəm yubileyi
  • Tarix: 07.05.2019, 06:23
Xəbəri paylaş
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Xəbərlər