Arkivan.az » Din xadimləri » Ərkivanın Din Xadimləri

Ərkivanın Din Xadimləri


Ər­ki­van qəsəbəsinin yetirmələrindən olan din xadimlərinin 15 nəfərdən Nəcəfül-Əşrəfdə uzun müddətli təhsil almışdır.. Bu din xadimlərinin sırasında bir neçəsi müçtəhidlik rütbəsinə yüksəlmişdir. Ərkivanlı din xadimlərini sizə təqdim edirik.  
1. Mol­la Hacı Mə­həm­mə­də­li Axund Mə­həm­məd oğ­lu
2. Mol­la Ağ­ar­za Axund Mol­la Fə­tə­li oğ­lu
3. Şeyx Bə­şir Axund Mol­la Hüsey­nə­li oğ­lu
4. Sey­id Qüdrət Axund Mi­kay­ıl oğ­lu
5. Mol­la Sə­fər Axund İb­ra­him oğ­lu
6. Şeyx Əli Axund Mə­həm­məd oğ­lu
7. Mol­la Mə­həm­məd Axund Mol­la Hə­sən oğ­lu
8. Mol­la Qu­lamhüseyn Axund Kə­rim oğ­lu
9. Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu
10. Mol­la Əli Axund Hacı Mol­la Mə­həm­məd oğ­lu
11. Mol­la Müzəf­fər Axund Ağ­a­də­də oğ­lu
12. Ay­ə­tul­lah Şeyx Fa­zil Hacı Bə­şir oğ­lu.
13. Ay­ə­tul­lah Uz­ma Şeyx Hacı Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni
14. Şeyx Mə­həm­məd Ca­vad Lən­kə­ra­ni Ay­ə­tul­la Uz­ma Hacı Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni oğ­lu
15. Hacı Ağa Sey­id Rza Mol­la Mir Bə­şir oğ­lu
16. Mol­la Hüseyn Axund.
17. Mol­la Fə­tul­la Axund Mol­la Əbdülə­li oğ­lu
18. Mol­la Əbdülə­li Axund.
19. Mol­la No­v­ru­zə­li Axund.  

I.Mol­la Hacı Mə­həm­mə­də­li Axund Mə­həm­məd oğ­lu
Ərkivanın ilk məsçidinin mollası
1840-1926-cı il­lər­də ya­şa­mış, 86 ya­şın­da və­fat et­miş­dir. O, Ər­ki­vanda dünyaya gəl­miş, ib­ti­dai təh­si­li­ni kənd mol­la mək­tə­bin­də al­mış­dır. Kənd sa­kin­lə­ri­nin mad­di kö­məyi ilə təh­si­li­ni ar­tı­rıb, yüksək də­rəc­ə­li ru­ha­ni ol­maq üçün Ər­də­bil, Te­h­ran şə­hər­lə­ri­nə gön­də­ril­miş­dir. İla­hiyy­ət­çi ix­ti­sa­sı ve­rən Darülfünündə və Nəc­əf şə­hə­rin­də dünya­vi və di­ni elm­lə­ri tə­d­ris edən ali ru­ha­ni mək­təb­lə­rin­də 25 il təh­sil al­dıq­dan so­nra Ər­ki­vana qay­ıt­mış­dır. Ər­ki­va­nın ilk mə­sci­di olan Bağlakücə­də­ki mə­sci­din baş mol­la­sı ki­mi fə­a­liyy­ət gö­s­tər­miş, öz he­sa­bı­na mə­d­rə­sə açıb, bu­ra­da çox­lu tə­lə­bə­lər ye­tiş­dir­miş­dir. Hə­min mə­scid Ər­ki­vanın Bağlakücə, Qı­zı­laküçə və Pə­lənküştə mə­həl­lə­lə­ri sa­kin­lə­ri­nə məx­sus ol­muş­dur. La­kin Hacı Mə­həm­mə­də­li Axun­dun tə­şəbbüsü ilə 1903-cü il­də Qı­zı­laküçə və Pə­lənküştə sa­kin­lə­ri üçün ay­rıca mə­scid in­şa edil­miş­dir. Şəx­si su di­ngi, kər­pic kürə­si və ku­s­tar sə­nət­kar­lığı ilə ai­lə­si­ni ha­lal zəh­mət­lə do­lan­dır­mış­dır. So­vet­lər qu­ru­lu­şu za­ma­nı əm­la­kı müsa­di­rə olun­muş, 80-dən ar­tıq ya­şı ol­duğ­u­na gö­rə həbs edil­mə­miş­dir. Hacı Mə­həm­mə­də­li Axund 86 ya­şın­da Ər­ki­van­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı mə­həl­lə qə­b­ri­s­tan­lığ­ın­da­dır.   

II. Mol­la Ağ­ar­za Axund Mol­la Fə­tə­li oğ­lu
Masallıya gələn Həmid Sultanov onun əmlakına niyə ona qaytardı?
 1853-1941-ci il­lər­də ya­şa­mış­dır. Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İb­ti­dai di­ni təh­si­li­ni Ər­ki­van kən­di­nin mol­la mək­tə­bin­də al­dıq­dan so­nra İra­nın Ər­də­bil, Tə­b­riz şə­hər­lə­rin­də oxuy­ub, Ərəb-Fars dil­lə­ri­ni mükəm­məl öy­rən­dik­dən so­nra İra­qın Nəc­əfin ali ru­ha­ni mək­tə­bi­nə qə­bul edil­miş­dir. Mək­tə­bi bi­tir­dik­dən so­nra doğ­ma Ər­ki­van kən­di­nə qay­ıt­mış, Ər­ki­va­nın Göllü mə­həl­lə­sin­də qır­mı­zı kər­pic­li mə­sci­din ti­kin­ti­si­nə ya­xın­dan kö­mək et­miş­dir. Mol­la Ağ­ar­za Axund xey­li müddət bu mə­sci­din mol­la­sı ol­muş­dur. O, ey­ni za­man­da gənc­lə­rin sa­vad­lan­ma­sı üçün öz şəx­si evin­də on­la­ra dərs de­miş­dir.
 
Göllü mə­həl­lə­si­nin sa­ki­ni 120 ya­ş­lı Mol­la Əli ki­şi­nin de­diy­i­nə gö­rə, so­vet ha­ki­miyy­ə­ti dövründə Mol­la Ağ­ar­za Axund­dan böyük məb­ləğ­də ve­rgi tə­ləb edil­miş­dir. Bu za­man 75 ya­şı ol­duğ­u­nu nə­zə­rə alıb həbs edil­mə­miş­dir. La­kin onun bütün əm­la­kı zəbt edil­miş­dir ki, ve­rg­i­si ödə­nil­sin. Tə­sadüf nə­tic­ə­sin­də hə­min ərə­fə­də mər­kəz­dən Ma­sal­lıya gə­lən yüksək və­zi­fə­li Hə­mid Sul­ta­nov Ər­ki­van­da olur. Mol­la Ağ­ar­za Axun­dun əkin­çi­lik­lə mə­şğ­ul olub, ha­lal zəh­mə­ti­lə ai­lə­si­ni do­lan­dır­ma­sı­nı bil­dik­dən so­nra onun ve­rg­i­dən azad edil­mə­si­nə və həm də əm­la­kı­nın müsa­di­rə edil­mə­mə­si­nə sə­rənc­am ver­miş­dir. Kən­din ya­ş­lı adam­la­rı­nın de­diy­i­nə gö­rə o, da­im tə­sərrüfat­la mə­şğ­ul ol­muş və mol­la­lıq­dan gə­lir mən­bəyi ki­mi is­ti­fa­də et­mə­miş­dir. Mol­la Ağ­ar­za Axund 88 ya­şın­da Ər­ki­van kən­din­də və­fat et­miş, mə­za­rı mə­həl­lə qə­bri­stan­lığ­ın­da­dır.  
 

II.Şeyx Bə­şir Axund Mol­la Hüsey­nə­li oğ­lu
O müçtəhidlik zirvəsinə necə yüksəlmişdi?

 Mol­la Hüsey­nə­li oğ­lu Şeyx Bə­şir Axund 1861-ci il­də Ər­ki­van kən­di­nin Həsənəkücə mə­həl­lə­sin­də ziy­a­lı ai­lə­sin­də ana­dan ol­muş­dur. Ata­sı Mol­la Hüsey­nə­li or­ta di­ni təh­si­lə ma­lik olan mol­la idi. O, ey­ni za­man­da kənd tə­sərrüfa­i­tı iş­lə­ri ilə mə­şğ­ul ola­raq, ha­lal zəh­mə­ti­lə ai­lə­si­ni sax­la­mış­dır. Onun ai­lə­sin­də dünyaya gə­lən öv­lad­la­rın­dan bi­ri də Şeyx Bə­şir Axund olub. O, ilk ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Mol­la Hüsey­nə­li­dən al­mış­dır. So­nra isə Lən­kə­ran­da Böyük ru­ha­ni, alim Mol­la Məm­mədhüseyn Axun­dun (İmam Axund) mə­d­rə­sə­sin­də (1885-1889-cu il­lər) oxu­muş­dur. Bu­nun­la da o, kənd məc­lis­lə­rin­də "Qu­ran" oxuy­ub, di­ni söh­bət­lər edir­miş. Məc­lis­lər­də ona qu­laq asan di­ni alim­lə­rin diq­qə­ti­ni cəlb et­miş­dir. Onun din el­mi sa­hə­sin­də­ki is­te­da­dı­nı duy­an və gə­ləc­ək­də gör­kəm­li din xa­di­mi ola bi­ləc­əy­i­nə ina­nanlar ata­sı mol­la Hüsey­nə­liyə məs­lə­hət bi­lir­lər ki, təh­si­li­ni da­vam et­dir­mək üçün Bə­şir oğ­lu­nu tə­sərrüfat iş­lə­rin­dən ay­ı­rıb oxu­maq üçün İra­na gön­dər­sin. Be­lə­lik­lə ata­sı Mol­la Hüsey­nə­li Bə­şi­ri Ər­də­bil şə­hə­ri­nə gön­dər­miş, ora­da ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur. 7 il Ər­də­bil­də Mi­ri­b­ra­him Mə­d­rə­sə­sin­də oxu­duq­dan so­nra iki il də Te­h­ran ru­ha­ni mək­tə­bin­də təh­sil al­mış­dır. Bu müddət­də Ərəb - fars dil­lə­ri­ni mükəm­məl öy­rən­miş­dir. So­nra isə Nəc­əfül-Əş­rə­fə ge­dib Ali Ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur. Nəc­əfül-Əş­rəf­də ali ru­ha­ni mək­tə­bin­də tə­d­ris olu­nan 24 fən­ni də­rin­dən öy­rə­nən Şeyx Bə­şir Axund özünün vax­tı ilə de­diy­i­nə gö­rə Müctə­hid­lik də­rəc­ə­si­nə qə­dər təh­sil alıb. Xüsu­si­lə, ədə­biyy­a­tı, sərf-nəhf el­mi­nin də­rin­dən bi­lic­i­si ol­muş­dur. Ona gö­rə də bu fənn­dən dərs de­məyə bir ne­çə də­fə mək­tə­bə də­vət olun­muş­dur. O, Nəc­əfül-Əş­rəf­də ali-ru­ha­ni təh­si­li­ni bi­tir­dik­dən so­nra 1911-ci il­də 55 ya­şın­da və­tə­nə (Ər­ki­va­na) qay­ıt­mış, özü ilə çox­lu el­mi və tə­d­ris ki­tab­la­rı gə­tir­miş­dir. O, sağ­lığ­ın­da dey­ir­di: Mən Nəc­əfül-Əş­rəf­də təh­si­li­mi ba­şa vur­duq­dan so­nra ora­da qa­lıb ri­sa­lə ya­zmaq, alim-müctə­hid ol­maq is­tə­diy­i­mi us­tad­la­rı­ma bil­dir­dim. La­kin on­lar mə­nə de­di­lər ki, sən müctə­hid də­rəc­ə­si­nə ar­tıq çat­mı­san. Qa­lıb ri­sa­lə ya­za­raq Ələm-müctə­hid də ola bi­lər­sən. Bu­ra­da təh­sil alan­la­rın ço­xu bu ar­zu­da olur. O isə bildirib ki, ha­mı di­ni mər­kəz­də qa­lar­sa, bəs ət­raf diy­ar­lar­da (pe­ri­fe­riy­a­da) din xa­di­mi ki­mi mil­lət ara­sın­da di­ni eh­kam­la­rı və şə­ri­ət vac­i­bət­lə­ri­ni kim yay­ma­lı­dır? "Odur ki, və­tə­nə qay­ı­dar­kən özü ilə gə­tir­diy­im ki­tab­lar­la elə alim­lər ye­tiş­di­rə bi­lib ki, İran­da təh­sil alan­lar­dan da yüksək bi­liyə ma­lik olub­lar". Məhz bu niyy­ət­lə Şeyx Bə­şir Axund mək­təb açır, 200 nə­fər­dan ar­tıq tə­lə­bəyə or­ta ru­ha­ni təh­sil həc­min­də sa­vad ver­miş­dir. Kən­din Bağlakücə mə­həl­lə­sin­də­ki mə­scid­də baş mol­la ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. So­vet dövründə o, 1932-ci il­də müxtə­lif uy­dur­ma bə­ha­nə­lər əsa­sın­da həbs edi­lir. Heç bir əsas­lı təq­si­ri ol­ma­dığı üçün 1933-cü il­də həb­sdən azad edi­lir. 1935-ci il­də isə o, ye­ni­dən həbs edi­lə­rək 5 il müddə­ti­nə azad­lıq­dan mə­h­rum edilməklə bütün əm­la­kı da müsa­di­rə olunur. Ha­zır­da Ər­ki­van kən­din­də ya­şay­an oğ­lu Hacı mol­la Əli­hə­sən dey­ir: "Atam həbs cə­za­sı­nı çə­kib evə qay­ıt­dıq­dan so­nra İkinci Dünya Müha­ri­bə­si ba­ş­lan­dı. Mad­di və­ziyy­ə­ti­miz da­ha da çə­tin­ləş­di. Ata­mız ai­lə­mi­zi do­lan­dır­maq üçün piy­a­da Yar­dım­lı ray­o­nu­na ge­dib, ev əşy­a­la­rı apa­ra­raq, on­la­rı ve­rib əvə­zin­də ta­xıl alıb gə­ti­rir­di. Ata­mız Şeyx Bə­şir Axund və­tən­da­ş­lıq hüqu­qun­dan mə­h­rum edil­miş­di, evi­miz müsa­di­rə edil­diyi üçün Ər­ki­van kənd sa­ki­ni Mə­həm­məd Sal­man oğ­lu­nun töv­lə­sin­də ya­şa­ma­lı ol­duq. Yal­nız so­nra­kı il­də əv­vəl­ki həy­ə­ti­miz­də ya­şa­maq üçün bir kümə ti­kə bil­dik və ora­da ya­şa­dıq". 1953-cü il­də Şeyx Bə­şir Axun­da di­ni və şə­ri­ət eh­kam­la­rı­nı izah et­məyə ic­a­zə ve­ril­miş­dir.
 1953-cü il­də Azər­bayc­an Elm­lər Aka­demy­a­sın­dan bir ne­çə alim gə­lib, Şeyx Bə­şir Axun­du sərf-nəhf el­mi­nin ən mükəm­məl bi­lic­i­si ki­mi tə­lə­bə­lər üçün dər­slik ha­zır­la­mağa də­vət edir­lər. La­kin o, ai­lə şə­ra­i­ti­ni nə­zə­rə ala­raq bu tək­lif­dən im­ti­na et­miş­dir.Şeyx Bə­şir Axund 1966-cı il­də Mə­hər­rəm ay­ı­nın 11-də (aşu­ra gününün sə­hə­ri) 105 ya­şın­da və­fat et­miş­dir. Çox hör­mət­li din xa­di­mi ki­mi böyük iz­di­ham­la Ər­ki­va­nın Həsənəkücə qə­bi­ri­s­tan­lığ­ın­da dəfn edil­miş­dir.

IV. Şeyx Qüdrət Axund Mi­kay­ıl oğ­lu
O, indiki Cəlilabada niyə köçdü?
1870-1960-cı il­lər­də ya­şa­mış­dır. Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. İlk təh­si­li­ni mol­la­xa­na­da al­mış, ata­sı­nın ar­zu­su ilə Ər­də­bil şə­hə­ri­nə ge­dib, or­ta ru­ha­ni təh­sil ve­rən mə­d­rə­sə­də oxu­muş­dur. Di­ni təh­si­lə olan hə­və­si onu ali ru­ha­ni təh­si­li al­mağa ruh­lan­dı­rır. Odur ki, o, İra­qın Nəc­əf şə­hə­ri­nə ge­də­rək, ora­da ali ru­ha­ni təh­si­li­ni uğ­ur­la ba­şa çat­dı­rıb doğ­ma Ər­ki­van kən­di­nə qay­ı­dır. Öz evin­də mə­d­rə­sə açır və yüzlər­lə gəncə ib­ti­dai təh­sil ve­rir.1924-cü il­də As­tar­xan­ba­zar (in­di­ki Cə­li­la­bad) ca­ma­a­tı­nın də­və­ti ilə Şeyx Qüdrət di­ni xid­mət­lər gö­s­tər­mək üçün oraya ge­dir. As­tar­xan­ba­za­rın mər­kə­zi mə­sci­din­də Axund olur. O, di­ni mə­ra­sim­lər­də, hüzür məc­lis­lə­rin­də şə­ri­ət qa­nun­la­rın­dan ma­raq­lı söh­bət­lər edir. 30-cu il­lər­də NKVD-yə mə­lu­mat ve­rir­lər ki, guya Şeyx Qüdrət Axund kol­xoz əley­hi­nə təb­liğ­at apa­rır. Şeyx həbs olu­nur. La­kin bir müddət so­nra hə­qi­qət üzə çı­xır, Şey­xi azad­lığa bu­rax­mağa məc­bur olur­lar. Onun "xalq düşmə­ni" ol­ma­sı­nı is­bat et­məyə tu­tar­lı də­lil­lər ta­pıl­mır. O, ömrünün so­nu­na ki­mi Cə­li­la­bad­da ya­şay­ır, la­kin Ma­sal­lı ilə, doğ­ma kən­di ilə əla­qə­ni üzmür. Tez-tez Ər­ki­va­na, doğ­ma yur­du­na baş çə­kir. Şeyx Qüdrət Axund Mi­kay­ıl oğ­lu 90 ya­şın­da Cə­li­la­bad­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Cə­li­la­bad şə­hər qə­b­ri­s­tan­lığ­ın­da­dır. Şeyx Qüdərət cənubun tanınmış din xadimi olmuş Molla Məhəmmədin atası olmuşdur.  
 

V. Mol­la Sə­fər Axund İb­ra­him oğ­lu
O, İrana niyə köçüb?  
1871-1959-cu il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də ana­dan ol­muş, ib­ti­dai di­ni təh­si­li­ni kənd mol­la­xa­na­sın­da al­dıq­dan so­nra İra­nın Ər­də­bil şə­hə­ri­nə ge­dib, ora­da or­ta və İra­qın Nəc­əf şə­hə­rin­də ali ru­ha­ni təh­si­li­ni ba­şa vur­muş­dur. Onun di­ni və dünya­vi təh­sil al­dığı müddət 24 il­dən ar­tıq ol­muş­dur. O, və­tə­nə-Ma­sal­lıya qay­ıt­dıq­dan so­nra əv­vəl Ər­ki­va­nın Göllü mə­həl­lə­sin­də mə­scid­də mol­la­lıq edib, on­larca tə­lə­bəyə ib­ti­dai di­ni təh­sil ver­miş­dir.
Şu­ra ha­ki­miyy­ə­ti dövründə müxtə­lif böh­tan və tə­qib­lə­rə mə­ruz qal­mış­dır. Ona gö­rə də o, 1920-ci il­də İra­na köçməyə məc­bu­r olmuşdur. Mol­la Sə­fər Axund 1959-cu il­də 88 ya­şın­da İran­da və­fat et­miş­dir. Oğ­lu Mə­şə­di Əzim Ər­ki­van­da qa­la­raq ya­şa­mış, ai­lə qur­muş, tə­sərrüfat iş­lə­ri ilə mə­şğ­ul ol­maq­la ya­na­şı ata­sı­nın yo­lu­nu da da­vam et­dir­miş və 2002-ci il­də 92 ya­şın­da və­fat et­miş­dir. Mə­za­rı Ər­ki­va­nın Abas­lı qə­b­ri­s­tan­lığ­ın­da­dır.
 
VI. Şeyx Əli Axund Mə­həm­məd oğ­lu.
Bədirli məhəlləsinin baş mollası olmuşdur
1872-1946-cı il­lər­də ya­şa­mış­dır. Bə­dir­li mə­həl­lə­sin­də dünyaya gəl­miş­dir. İlk di­ni təh­si­li­ni Ər­ki­van kən­din­də Mol­la Əbdülə­li Axund­dan al­mış­dır. So­nra kənd sa­kin­lə­ri­nin mad­di yar­dı­mı ilə əv­vəl Ər­də­bil­də, so­nra isə İra­qın Nəc­əf şə­hə­rin­də Ali ru­ha­ni təh­si­li­ni ba­şa çat­dır­mış­dır.
Şeyx Əli Axund 1915-ci il­də doğ­ma və­tə­ni Ər­ki­va­na qay­ıt­mış­dır. O, şə­rə­f­li ömrünün 25 ili­ni təh­sil al­mağa sərf et­miş­dir.O, tə­lə­bə­lik il­lə­rin­də çox vaxt gü­nə­muzd fəh­lə­l­ik edib. Kən­din Bə­dir­li mə­həl­lə­si­nin mə­sci­din­də baş mol­la ki­mi fə­a­liyy­ə­tə ba­ş­lay­an Şeyx Əli Axun­dun ba­şı­na çox müsi­bət­lər gəl­miş­dir.Azər­bayc­an­da So­vet ha­ki­miyy­ə­ti qu­rul­duq­dan so­nra əm­la­kı döv­lət tə­rə­fin­dən müsa­di­rə edi­lib, şəx­si evin­də so­vet mək­tə­bi açıl­mış­dır. Beş oğ­ul və iki qı­zı olan Şeyx Əli Axund ai­lə­si ilə bir­lik­də ev-eşik­siz qal­mış, 1934-cü il­də güya kol­xoz qu­ru­lu­şu­nun əley­hi­nə təb­liğ­at apar­dığ­ı­na gö­rə həbs edil­miş­dir.
O, mə­də­sin­dən iki də­fə cər­ra­hiyyə əmə­liyy­a­tı ol­duğ­u­na gö­rə 40 gün həb­sdə qal­dıq­dan so­nra sər­bəst bu­ra­xıl­mış­dır. La­kin 1937-ci il­də onu tə­k­ra­rən həbs et­mək is­tə­mi­ş­lər. O, As­tar­xan­ba­za­rın (in­di­ki Cə­li­la­ba­dın) Hə­zi­a­bad kən­din­də özünə sığ­ı­nac­aq tap­ma­lı olur. Şeyx Əli Axun­du ya­xın­dan ta­nıy­an­la­rın de­dik­lə­ri­nə gö­rə hə­min il­lər­də o, Lən­kə­ran­da dok­tor Ağ­a­xa­nın evin­də ya­şay­ıb.
1939-cu il­də Şey­xin böyük oğ­lu Hə­sə­nağa So­vet-Fin müha­ri­bə­sin­də­ki döyü­şlər­də hə­lak ol­muş­dur. İkinci oğ­lu da So­vet-Al­man müha­ri­bə­si­nin ilk günlə­rin­də cəb­hə­də ölmüşdür. Şey­xin ai­lə üzvlə­ri­nin böyük əziyy­ət çək­dik­lə­ri­ni gö­rən Ər­ki­van kənd sa­ki­ni Xa­liq ki­şi xey­ir­xah­lıq edə­rək ev­siz-eşik­siz qal­mış ai­ləyə öz evin­də sığ­ı­nac­aq ver­miş­dir.1943-1944-cü il­lər­də öl­kə­nin hər ye­rin­də ol­duğu ki­mi Ər­ki­van­da da ac­lıq­dan in­san­lar tə­ləf ol­muş­dur. Şeyx Əli Axund özü ehty­ac için­də ya­şa­ma­sı­na bax­may­a­raq in­san­la­ra kö­mək­liy­i­ni əsi­rg­ə­mə­miş­dir. Dey­i­lən­lə­rə gö­rə, ölüsünə kə­fən al­maq im­ka­nı ol­may­an­la­ra yo­rğ­an-dö­şə­yi­nin üzünü çı­xa­rıb ve­rir­miş. Be­lə ma­təm mə­ra­sim­lə­ri­ni tə­mən­na­sız ke­çi­rir­miş.Şeyx Əli Axund yas mə­ra­sim­lə­rin­də di­ni möv­zu­lar­la ya­na­şı ic­ti­mai qu­ru­lu­şun ey­bəc­ər­lik­lə­ri ba­rə­də söh­bət­lər edir­miş. O, öz dövrünün gənc­lə­ri­nə və uşaq­la­rı­na xi­ta­bən dey­ir­miş ki, siz bu döv­lə­tin dağ­ıl­ma­sı­nı gö­rəc­ək­si­niz. Bə­şə­riyy­ət ta­ri­xin­də Fi­ron­la­rın çox ol­ma­sın­dan bəhs edən Şeyx Əli Axund hə­mi­şə dey­ər­miş ki, ilk kom­mu­na Fi­ro­na aid­dir. Pa­ris kom­mu­na­sı­nın ömrü uzun sürmə­di.
Şeyx Əli Axund 1946-cı il­də 74 ya­şın­da dünya­sı­nı dəy­iş­miş­dir. Onun mə­za­rı Ər­ki­van kənd qə­bi­ri­s­tan­lığ­ın­da­dır.
 

 VII. Mol­la Mə­həm­məd Axund Mol­la Hə­sən oğ­lu Göllü məhəlləsindəki məsçidin tikintisinin əsas təşəbbüskarı
1872-1937-ci il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. İb­ti­dai di­ni təh­si­li­ni ata­sı Mol­la Hə­sən­dən və kən­din mol­la mək­tə­bin­də al­mış, so­nra İra­nın Ər­də­bil şə­hə­rin­də­ki mə­d­rə­sə­də 5 il oxu­muş­dur. Ora­da Ərəb-fars dil­lə­ri­ni mükəm­məl öy­rən­dik­dən so­nra Nəc­əf şə­hə­ri­nə ge­dib, ali ru­ha­ni mək­tə­bi­nə da­xil ol­muş­dur.O, mə­d­rə­sə və ali ru­ha­ni təh­si­li al­mağa ömrünün 25 ili­ni sərf et­miş­dir. Mol­la Mə­həm­məd axund 1915-ci il­də Nəc­əf şə­hə­rin­dən doğ­ma Ər­ki­van kən­di­nə qay­ıt­mış­dır. O, kən­din Ra­ma­zan­lı mə­həl­lə­sin­də­ki mə­scid­də baş mol­la ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. Kən­din ço­xömürlü sa­kin­lə­ri­nin de­diy­i­nə gö­rə mol­la Mə­həm­məd Axund Göllü mə­həl­lə­sin­də öz evi­nin ya­xın­lığ­ın­da qır­mı­zı kər­pic­dən mə­scid bi­na­sı­nı kənd ca­ma­a­tı­nın kö­məyi ilə tik­dir­miş­dir. 1930-cu il­də məc­lis­lər­də tən­qid et­diyi və­zi­fə­li şəx­slər Axun­du na­haq­dan şər­ləy­ə­rək göz­dən sal­mağa ça­lı­şır­lar. 1937-ci il­də Mol­la Mə­həm­məd Axund müxtə­lif bə­ha­nə­lər­lə şər­lə­nə­rək xalq düşmə­ni ki­mi həbs edi­lir, hə­min il müha­ki­mə olu­nub güllə­lə­nir. Evi müsa­di­rə edil­dik­dən so­nra ai­lə­si bir müddət tən­dir­xa­na­lar­da ya­şa­mış, so­nra Məry­əm ad­lı bir qa­dın ai­lə­ni öz evi­nə apar­mış­dır.
 
 
VI­II. Mol­la Qu­lamhüseyn Axund Kə­rim oğ­lu
Nargin adasında tələbə yoldaşı olan müstəntiqə nə cavab verib?
1878-1946-cı il­lər­də ya­şa­mış­dır.
Mol­la Qu­lamhüseyn Axund Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. Uşaq vax­tın­dan ru­ha­niyy­ə­tə böyük ma­raq gö­s­tər­miş, ata­sı Kə­rim ki­şi el­mə hə­və­si­ni hiss edə­rək onu kənd mol­la mək­tə­bi­nə qoy­ur. O, ib­ti­dai di­ni təh­si­li­ni kənd­də al­dıq­dan so­nra İra­nın Ər­də­bil şə­hə­ri­nə ge­dir. Ora­da Şi­ma­li Azər­bayc­an­dan gə­lən tə­lə­bə­lə­rə qo­şu­la­raq Ərəb və fars dil­lə­ri­nin qram­mati­ka­sı­nı mükəm­məl öy­rə­nir, ey­ni za­man­da şə­ri­ət qa­nun­la­rı­nı və müsəl­man ta­ri­xi­nə də­rin­dən bə­ləd olur. Qu­lamhüseyn Kə­rim oğ­lu Ər­də­bil­də or­ta ru­ha­ni sa­vad al­dıq­dan so­nra İra­qın Nəc­əf şə­hə­rin­də­ki İla­hiyy­ət Uni­ver­si­te­ti­nə da­xil olur, ömrünün 27 ili­ni təh­sil al­mağa sərf edir. O, 1916-cı il­də və­tə­nə-doğ­ma kən­di­nə qay­ıt­mış, mol­la­lıq et­məyə ba­ş­la­mış­dır. 2 il so­nra 1918-ci il­də İs­kən­dər­li­də tor­paq sa­hə­si ala­raq əkin­çi­lik­lə mə­şğ­ul olur. El ara­sın­da böyük nüfuz qa­zan­sa da Azər­bayc­an­da So­vet hö­ku­mə­ti qu­rul­duq­dan so­nra Mol­la Qu­lamhüseyn Axun­dun fə­a­liyy­ə­ti məh­dud­laş­dı­rı­lır, tə­qib edil­mə­si­nə ba­ş­la­nır. O dövr­də qu­ru­luş və kol­xoz­laş­ma­nı möh­kəm­lən­dir­mək məq­sə­di­lə NKVD ye­ni qu­ru­lu­şun əley­hi­nə olan adam­la­rı ara­dan götürmək üçün əmə­liyy­at ke­çi­rir. Axund Mol­la Qu­lamhüseyn Kə­rim oğ­lu və­tən­da­ş­lıq hüqu­qun­dan mə­h­rum edi­lir. İs­kən­dər­li kən­din­də­ki əm­la­kı müsa­di­rə edi­lir, Ər­ki­van kən­di­nə, ata-ba­ba yur­du­na qay­ıt­mağa məc­bur olur. O, bu­ra­da da tə­qib­lər­dən ya­xa qur­ta­ra bil­mir. Tu­tul­ma­sın­dan eh­tiy­at­la­nan Axund qon­şu Yar­dım­lı ray­o­nu­na pə­nah apar­sa da 1938-ci il­də Ər­ki­va­na, ai­lə­si­nə baş çək­məyə gə­lər­kən tu­tu­lub həbs edi­lir.
Ba­kı­nın Bay­ıl həb­sxa­na­sın­da ata­sı­na baş çək­məyə ge­dən oğ­lu İs­ra­fil çox çə­tin­lik­dən so­nra onun­la görü­şə bi­lir. Görüş za­ma­nı İs­ra­fil na­ra­hat­lıq his­si ilə ata­sın­dan "Ağa, üzünə kim dur­du" -deyə xə­bər alır, Mol­la Qu­lamhüseyn Axund gə­ləc­ək na­ra­zı­lıq­la­ra son qoy­maq üçün oğ­lu­na müdrik­lik­lə be­lə ca­vab ve­rir: "Oğ­ul, bu ta­le bi­zə Ta­n­rı­dan qi­s­mət­dir, be­lə zülmün in­ti­qa­mı­nı da ta­rix özü zülümkar­lar­dan alac­aq­dır! Bu, bi­zim vi­da görüşümüzdür. Ya­xın günlər­də bi­zi ge­də­rg­əl­mə­zə sürgün edəc­ək­lər…"
İs­ra­fil ata­sı­nın söh­bə­tin­dən öy­rə­nir ki, hər ax­şam bir ne­çə ru­ha­ni ali­mi Na­rg­in ada­sı­na apa­rıb boğ­az­la­rı­na daş bağ­lay­ıb də­ni­zə atır­lar. Mol­la Qu­lamhüseyn Axun­dun oğ­lu İs­ra­fi­lə et­diyi söh­bət­lər­dən: "Günlə­rin bir günü gecə ya­rı­sı mə­ni ka­me­ra­dan apar­mağa gə­lən­də yol­da­ş­la­rım­la vi­da­laş­dım. Ka­me­ra­dan çı­xan­dan so­nra uzun və da­rıs­qal, həm də ya­rı­qa­ran­lıq dəh­liz­lə mə­ni gə­ti­rib bir otağa sal­dı­lar. Sto­lun ar­xa­sın­da əy­lə­şən müstən­tiq mə­ni görc­ək çox hör­mət­lə qar­şı­lay­ıb, göz­lə­nil­mə­dən boy­nu­mu quc­aq­la­dı. O, mə­ni diq­qət­lə süzüb dil­lən­di: Siz mə­ni ta­nıy­ır­sı­nız?.Mən ca­vab ver­dim ki, elə gündəy­ik ki, in­di heç kə­si ta­nıya bil­mi­rik. Müstən­tiq de­di: "Biz Nəc­əf­də bir­lik­də oxu­mu­şuq. Hö­ku­mət qu­ru­lan­da mən di­ni xid­mət gö­s­tər­mək­dən im­ti­na et­dim. İn­di bu və­zi­fə­ni apa­rı­ram. Sən də im­ti­na et!, Saq­qa­lı­nı qırx­dır, Nəc­əf­də təh­sil al­dığ­ı­nı de­mə, biz sə­ni Döv­lət Uni­ver­si­te­ti­nin Şərq­şu­nas­lıq Şö­bə­si­nə müəl­lim təy­in et­di­rə­rik!".
Mən ona de­dim: "Bu tək­li­fi­ni­zə gö­rə si­zə min­nət­da­ram, la­kin mən heç vaxt öz əqi­dəm­dən dönüb, ila­hiyy­a­tı in­kar edə bil­mə­rəm.
Be­lə­lik­lə, söh­bə­ti­miz baş tut­ma­dı və sürgü­nə get­məyi mə­nə ve­ri­lən "ra­hat­lıq"dan üstün tut­dum…"
Mol­la Qu­lamhüseyn Axun­dun so­nuncu mək­tu­bu Vla­di­va­s­tok­dan gəl­miş­dir. Tə­q­ri­bən 1946-cı il­də sürgündə olar­kən və­fat et­miş­dir. Mol­la Qu­lamhüseyn Axun­da 1957-ci il­də bə­ra­ət ve­ril­miş­dir.  
 

IX. Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu Onu niyə "Xalq düşməni” élan etmişdilər?
1880-1938-ci il­lər­də ya­şa­mış­dır.Mol­la Mir­bə­şir Axund Ər­ki­van kən­din­də ana­dan ol­muş­dur. Ərəb-fars dil­lə­ri­ni mükəm­məl öy­rən­mək və ru­ha­ni təh­si­li al­maq məq­sə­di ilə Ər­də­bil şə­hə­rin­də­ki mə­d­rə­səyə qə­bul edil­miş­dir. Mə­d­rə­sə­ni bi­tir­dik­dən so­nra Nəc­əf şə­hə­rin­də Ali ru­ha­ni təh­si­lə yiy­ə­lə­nə­rək, Axund rütbə­si al­mış­dır. O, Ər­ki­van kən­di­nə qay­ıt­dıq­dan so­nra İsi­o­ba mə­həl­lə­sin­də olan mə­scid­də mol­la­lıq et­miş­dir. Din xa­di­mi ol­maq­la ya­na­şı Mol­la Mir­bə­şir Axun­dun el ara­sın­da Sey­id nəs­li­nə mən­su­biyy­ə­ti ol­muş­dur. O, Sey­id Peyğ­əm­bər öv­la­dı kimi in­san­lar ara­sın­da müna­qi­şə­li mə­sə­ləl­lə­ri həll edib, sülh ya­ra­dıb. Küsülülə­ri ba­rış­dı­rır­mış. So­vet­lər qu­ru­lu­şu dövründə onu da "xalq düşmə­ni" adı ilə 1937-ci il­də həb­sə alır­lar. La­kin bir ne­çə ay­dan so­nra ağ­ır xə­s­tə­liy­i­nə gö­rə azad­lığa bu­ra­xı­lır.
Mol­la Mir­bə­şir Axund Mir­hə­şim oğ­lu 58 ya­şın­da 1938-ci il­də və­fat et­miş­dir. Mə­za­rı Ər­ki­van qə­b­ri­s­tan­lığ­ın­da­dır.
 
 
X. Mol­la Əli Axund Hacı Mol­la Mə­həm­mə­də­li oğ­lu
Hələ də onun hansı şəkildə vəfat etməsi bəlli deyil?
1880-1938-ci il­lər­də ya­şa­mış­dır. Mol­la Əli Axund Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İlk di­ni təh­si­li­ni rüha­ni ata­sı Mol­la Mə­həm­mə­də­li Axund­dan al­mış­dır. Or­ta ru­ha­ni təh­si­li həc­min­də bi­lik­lə­rə yiy­ə­lən­dik­dən so­nra Nəc­əf­də Ali ru­ha­ni mək­tə­binə da­xil olmüşdür. Ər­ki­van kən­di­nin Qı­zı­laküçə mə­həl­lə­sin­də­ki Mə­sci­din mol­la­sı ol­muş­dur. Mə­həl­lə­də gənc­lə­rin sa­vad­lan­ma­sı üçün mə­d­rə­sə açıb, on­la­ra təm­ə­nna­sız dərs de­miş­dir. Mol­la Əli Axund ata­sın­dan qal­ma su di­ngi və kər­pic kürə­lə­ri­ni iş­lə­dib, on­dan əl­də et­diyi gə­lir­lə həm ai­lə­si­ni do­lan­dır­mış, həm də xey­riyy­ə­çi ki­mi im­kan­sız­la­ra yar­dım et­miş­dir. Onun xey­ir­xah­lığı ba­rə­də ya­ş­lı nəs­lin nümay­ən­də­lə­ri çox­lu əh­va­lat­lar da­nı­şır­lar.
Re­pre­siya il­lə­rin­də — 1938-ci il­də həbs edi­lir, əm­la­kı döv­lət tə­rə­fin­dən müsa­di­rə olun­muş­dur. O, həb­sxa­na­da müəm­ma­lı for­ma­da və­fat et­miş­dir. Ya­xın qo­hum­la­rı Ək­bər Məm­mə­dov və Rza­qu­lu Ab­di­no­vun mürac­i­ə­ti­nə bax­may­a­raq mey­i­di ve­ril­mə­miş­dir. Odur ki, Mol­la Əli Axund han­sı və­ziyy­ət­də və­fat et­mə­si və ya güllə­lən­mə­si, dəf­ni ba­rə­də də­qiq mə­lu­mat əl­də et­mək mümkün ol­ma­dı.
 
 
XI. Mol­la Müzəf­fər Axund Ağ­a­də­də oğ­lu
Tanınmış molla necə kolxozçu oldu?1881-1959-cu il­lər­də ya­şa­mış­dır. O, Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. 1903-cü il­də Ər­də­bil şə­hə­rin­də or­ta ru­ha­ni mək­tə­bi­nə da­xil olub, ora­da təh­si­li­ni uğ­ur­la ba­şa vur­duq­dan so­nra İra­qın Nəc­əf şə­hə­rin­də ila­hiyy­at və dünyə­vi elm­lər üzrə yüksək ix­ti­sas ve­rən Ali mək­tə­bə da­xil olur. Tə­d­ris olu­nan 24 fə­nnin ara­sın­da ta­rix, nücum, fəl­sə­fə, şə­ri­ət qa­nun­la­rı elm­lə­ri­ni mükəm­məl öy­rən­miş­dir. 1926-cı il­də və­tə­nə qay­ı­dan Mol­la Müzəf­fər Axund 1930-cu ilə ki­mi mə­scid­də rüha­ni ki­mi fə­a­liyy­ət gö­s­tər­miş­dir. Di­ni xid­mət­lər­lə ya­na­şı mək­təb açıb gənc həmy­er­li­lə­ri­nə dərs de­miş­dir. La­kin kol­lek­tiv­ləş­mə dövrünün çə­tin­lik­lə­ri onun iş­lə­ri­ni ya­rım­çıq qoy­muş­dur. Qon­şu kənd­lər­də və Ər­ki­van­da bir çox ru­ha­ni­lə­rin həbs edil­mə­si xə­bə­ri­ni eşi­dib ya­şay­ış ye­ri­ni dəy­iş­məyə məc­bur ol­muş­dur. Mol­la Müzəf­fər Axund qon­şu As­tar­xan­ba­zar ray­o­nu­nun Köyüzbu­laq kən­din­də sığ­ı­nac­aq tap­mış­dır. La­kin 1938-ci il­də onu bu­ra­da həb­sə alıb Pri­şib (Göy­tə­pə) sər­həd zo­na­sı­na gə­ti­rir­lər. Mol­la Müzəf­fər Axund na­haq­dan tu­tul­ma­sı ba­rə­də o za­man­kı SSRİ Ali So­ve­ti­nə Lən­kə­ran da­i­rə­sin­dən de­pu­tat se­çil­miş Əli Qa­sım­lı kənd sa­ki­ni Ur­şan Xu­ba­lıy­e­və mürac­i­ət edir. Ur­şan Xu­ba­lıy­ev Mol­la Müzəf­fər Axun­dun həb­sdən azad olun­ma­sı­na və 1942-ci ilə ki­mi onun As­tar­xan­ba­za­rın Köyüzbu­laq kənq­din­də­ki kol­xoz iş­lə­rin­də ça­lış­ma­sı­na na­il olur.
1942-ci il­də Mol­la Müzəf­fər Axund doğ­ma Ər­ki­van kən­di­nə qay­ı­dıb, kən­din Əli Bay­ra­mov adı­na kol­xo­zun­da işə düzə­lir. O, 1959-cu il­də 78 ya­şın­da və­fat et­miş­dir. Mə­za­rı mə­həl­lə qə­b­ri­s­tan­lığ­ın­da­dır.
 
 
XII. Şeyx Fa­zil Lən­kə­ra­ni Hacı Bə­şir oğ­lu
Müçtəhidlik adını qazanmış ilk ərkivanlılardan biri
1884-cü il­də Ma­sal­lı ray­o­nu­nun Ər­ki­van kən­din­də dünyaya göz aç­mış­dır. O, ru­ha­niyy­ət el­mi­nin ən yüksək pil­lə­si­nə yüksə­lə­rək 1940-cı il­də 56 ya­şın­da müctə­hid­lik də­rəc­ə­si­nə çat­mış, 1971-ci il­də 87 ya­şın­da İra­nın Qum şə­hə­rin­də və­fat et­miş­dir. Mə­za­rı Qum şə­hə­rin­də­dir.
Şey­xin ya­ra­dıc­ı­lıq fə­a­liyy­ə­ti və tərcümeyi-ha­lı ba­rə­də ki­ta­bın Ra­ma­zan­lı mə­həl­lə­si bölümündə ət­ra­f­lı mə­lu­mat ve­ri­ləc­ək. (Qeyd: Bu nəsl haqqında ayrıca yazı təqdim ediləcək)
 
 
XI­II. Şeyx Mə­həm­məd Fa­zil Şeyx Fa­zil oğ­lu Lən­kə­ra­niı
İs­lam dünya­sı­nın ən böyük mərc­ən-təl­qid­lə­rin­dən biri ol­muş­dur. Şeyx Mə­həm­məd Fa­zil 1931-ci il­də müqəd­dəs Qum şə­hə­rin­də dünyaya gəl­miş­dir. Şeyx Fa­zil Qum şə­hə­rin­də ya­şa­mış­dır. O, ali ru­ha­ni təh­si­lin ən yüksək pil­lə­si­nə ça­ta­raq 1961-ci il­də 36 ya­şın­da Müctə­hid­lik mə­qa­mı­na na­il ol­muş­dur. İs­lam dünya­sı­nın ən böyük mərc­ən-təl­qid­lə­rin­dən ol­muş­dur. O, 2007-ci il­də 76 ya­şın­da Qum şə­hə­rin­də dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Qum şə­hə­rin­də­dir. Şeyx Mə­həm­məd Fa­zil Lən­kə­ra­ni­nin həy­at və ya­ra­dıc­ı­lığı ba­rə­də ki­ta­bın Ra­ma­zan­lı mə­həl­lə­si bölümündə ət­ra­f­lı ta­nış ol­maq mümkündür.
 
 
XIV. Şeyx Mə­həm­məd Ca­vad Fa­zil oğ­lu Ərkivanlı müçtəhidlərdən biri

XV. Mol­la No­v­ru­zə­li AxundGöllü məhəllıəsindəki məsçiddə mollalıq etmişdir Mol­la No­v­ru­zə­li Axund Kər­bə­layi Şi­rə­li oğ­lu 1868-ci il­də Ər­ki­van kən­din­də dünyaya gəl­miş­dir. İb­ti­dai di­ni təh­si­li­ni Ər­ki­van kən­di­nin mol­la­la­rın­dan al­mış, ata­sı­nın ar­zu­su ilə Ər­də­bi­lə ge­də­rək bu­ra­da ru­ha­ni mək­tə­bi­ni bi­tir­miş­dir. So­nra həm­kənd­li­lə­ri­nin mad­di kö­məyi ilə İra­qa get­miş, ila­hiyy­ət üzrə elm mər­kə­zi olan Nəc­əfül-Əş­rəf­də təh­si­li­ni da­vam et­dir­miş­dir. 25 il ru­ha­ni təh­si­li alan Mol­la No­v­ru­zə­li Axund və­tə­nə-Ər­ki­va­na qay­ı­da­raq, Göllü mə­həl­lə­si­nin mə­sci­din­də mol­la­lıq fə­a­liyy­ə­ti gö­s­tər­miş­dir. So­vet­lər dövründə re­pre­siya il­lə­rin­də ya­şı­nın çox­luğ­u­nu nə­zə­rə ala­raq o, həbs edil­mə­miş­dir. 1934-cü il­də 66 ya­şın­da Mol­la No­v­ru­zə­li Axund dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı mə­həl­lə qə­bi­ri­s­tan­lığ­ın­da­dır.
  
XVI. Hacı Sey­id Rza Axund Şeyx Mir­bə­şir oğ­luMirsadiq Ağanın atası
1891-ci il­də Nəc­əf şə­hə­rin­də dünyaya gəl­miş, 1973-cü il­də Ər­ki­van­da dünya­sı­nı dəy­iş­miş­dir. Mə­za­rı Ər­ki­van kən­din­də mə­həl­lə qə­bi­ri­s­tan­lığ­ın­da­dır. Hacı Sey­id Rza Axund ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Mir Bə­şir Axund­dan al­mış, so­nra isə Xo­ra­san ali Ru­ha­ni Mək­tə­bi­ni bi­tir­miş­dir. Ata yo­lu­nun da­vam­çı­sı Hacı Sey­id Rza ağa ca­van ya­ş­la­rın­dan şə­ri­ət el­mi ilə mə­şğ­ul olub, fi­t­ri is­te­da­dı və kə­ra­mət­li nə­fə­si ilə se­çi­lib, cəd­di­nin möcüzə­lə­ri haq­qın­da rə­vay­ət­lər in­di də xalq ara­sın­da, el-oba­da da­nı­şı­lır. Ağa ha­fi­zi-"Qu­ran" ("Qu­ran"ı əz­bər bi­lən) ol­muş­dur. O, böyük ai­lə­si­ni ha­lal zəh­mə­ti­lə sax­la­mış­dır.
Hacı Sey­id Rza Ağ­a­nın Sey­id Mir­sa­dıq, Sey­id Mir­xa­lıq, Sey­id Mir­ha­bil, Sey­id Mir­ta­lıb, Sey­id Mir­ta­hir, Sey­id Mir­teyy­ub, Sey­id Mir­ta­ha adın­da 7 oğ­lu və Mir­zö­h­rə, Mir­za­də, Mir­bacı, Sey­id­bacı, Göv­hər ad­lı 5 qı­zı dünyaya gəl­miş­dir. Oğ­lan­la­rın­dan Sey­id Mir­hə­bib, Sey­id Mir­ta­hir, Sey­id Sa­dıq qız­la­rın­dan isə Sey­id­bacı və­fat et­miş, qa­lan­la­rı isə ya­şay­ır­lar.
Hacı Sey­id Rza Axun­dun ge­niş tərcümeyi-ha­lı ba­rə­də ki­ta­bın İsi­o­ba mə­həl­lə­si böl­məsndə da­nı­şıl­mış­dır.
Ər­ki­van kən­din­də doğ­u­lub boya-ba­şa ça­tan ali ru­ha­ni təh­si­li alan Mol­la Hüseyn Axun­dun, Mol­la Fə­tul­la Axun­dun və Mol­la Əbdülə­li Axun­dun tərcümeyi-hal­la­rı­nı də­qiq­ləş­dir­mək üçün mə­lu­mat əl­də et­mək mümkün ol­ma­dı.
 
 
XVII. Şeyx Mol­la Mə­həm­məd Şeyx Qüdrət oğ­lu
Şeyx Qüdrətin oğlu

  1928-ci il­də Cə­li­la­bad ray­o­nun­da dünyaya gəl­miş­dir. O, ib­ti­dai di­ni təh­si­li­ni ata­sı Şeyx Qüdrət­dən, so­nra da­ha yüksək (ali) ru­ha­ni təh­si­li­ni isə Nəc­əfül-Əş­rəf­də ali ru­ha­ni mək­tə­bi­ni müctə­hid­lik də­rəc­ə­sin­də bi­tir­miş, ata­sı Şeyx Mol­la Qüdrət və həmy­er­li­si Şeyx Mol­la Bə­şir Axund­lar­dan al­maq­la tək­mil­ləş­miş, bö­lg­ə­də ata­sı Şeyx Mol­la Qüdrət Axun­dun və­fa­tın­dan so­nra onu əvəz edə bil­miş­dir.
Şeyx Mol­la Mə­həm­məd Ər­ki­va­nın Pə­lə­ngküştə mə­həl­lə­sin­də ya­şay­an əmi­si Hə­ni­fə­nin Tükəz ad­lı qı­zı ilə ai­lə qur­muş­dur. O, yüksək sa­vad və hər­tə­rə­f­li bi­liyə ma­lik ol­duğu üçün bö­lg­ə­də ge­niş ta­nı­nır və ona çox böyük hör­mə­t göstəriliridi.
O, ru­ha­niyy­ət el­mi­nə mükəm­məl bə­ləd ol­ma­sı ilə ya­na­şı dünya şö­h­rət­li fi­lo­sof şa­ir­lə­rin (Füzu­li, Ni­za­mi, Nə­si­mi, Fir­döv­si, Xə­qa­ni, Ə.Ca­mi və s.) ya­ra­dıc­ı­lıq­la­rı­nın də­rin­dən bi­lic­i­si idi. O, iş­ti­rak et­diyi məc­lis­lər­də di­ni eh­kam­lar­dan mo­i­zə edər­kən yu­xa­rı­da gö­s­tə­ri­lən fi­lo­sof şa­ir­lə­rin ya­ra­dıc­ı­lığ­ın­dan və on­la­rın bə­şə­riyy­ət üçün yaz­dıq­la­rı ib­rə­ta­miz mə­sə­lə­lər­dən çox dəy­ər­li mi­sal­lar gə­ti­rə­rək məc­lis­lə­ri zi­nət­lən­di­rir­di. O, müqəd­dəs Məş­həd, Kər­bə­la, Həcc ziy­a­rət­lə­rin­də də ol­muş­dur.
Cə­miyy­ət üçün be­lə bir dəy­ər­li şəx­siyy­ət olan Şeyx Mol­la Mə­həm­məd 9 senty­abr 2002-ci il­də ya­şa­dığı Cə­li­la­bad ray­o­nun­da 74 ya­şın­da dünya­sı­nı dəy­i­şib, əbə­diyy­ə­tə qo­vuş­muş­dur. Mə­za­rı Cə­li­la­bad qə­bi­ri­s­tan­lığ­ın­da uy­uy­an ata­sı Şeyx Mol­la Qüdrət Axun­dun mə­za­rı ilə ya­na­şı­dır. Şeyx Mol­la Mə­həm­mə­din dəfn və hüzr mə­ra­si­mi çox iz­di­ham­lı ol­muş, bu­ra­da Azər­bayc­a­nın müxtə­lif bö­lg­ə­lə­rin­dən, İran­dan, Or­ta Asiy­a­dan və di­g­ər türkdil­li öl­kə­lər­dən din xa­dim­lə­ri, ziy­a­lı və di­g­ər şəx­slər iş­ti­rak edə­rək ai­lə­si­nə, Cə­li­la­bad, Ma­sal­lı və bütövlükdə cə­nub bö­lg­ə­si­nə də­rin hüzünlə baş­sağ­lığı ver­mi­ş­lər. Şeyx Mol­la Mə­həm­mə­din əmi­si qı­zı Tükəz xa­nım­la olan iz­di­vacın­dan ai­lə­sin­də 6 oğlan və 2 qız övladı dünyaya gəlmişdir (Zey­na­la­bi­din, Rza, Sə­ki­nə, Sa­dıq və Ka­zım əkiz­lər, Fa­ti­mə, Mə­həm­məd­bağ­ır, Tağı).
Şey­xin oğ­lan­la­rı­nın ha­mı­sı müqəd­dəs Məş­həd ziy­a­rət­lə­rin­də ol­mu­ş­lar. On­lar­dan 1971-ci il­də ana­dan ol­muş Mə­şə­di Rza müqəd­dəs Həcc ziy­a­rə­t etmişdir. O, Hacı Rza ki­mi ta­nın­maq­da­dır, din­dar­lıq­la mə­şğ­ul­dur, ha­zır­da Ba­kı şə­hə­rin­də Göy mə­scid­də ru­ha­ni ki­mi ça­lı­şır.
 
 
XVIII. Hacı Mol­la Əli­hə­sən Şeyx Bə­şir oğ­lu.
"Ha­zırc­a­vab­lığı mol­la Hüseyn­dən, səbrli ol­mağı isə Cə­b­ray­ıl əmi­dən öy­rən­dim”
1939-cu il­də ana­dan ol­muş­dur. Ki­çik ya­ş­la­rın­dan di­ni tə­d­ri­sə və fars di­li­ni öy­rən­məyə ba­ş­la­mış­dır. Ey­ni za­man­da 1955-ci il­də 7-ci sin­fi, 1955-56-cı il­lər­də Ma­sal­lı 1 say­lı or­ta mək­tə­bi bi­tir­miş­dir. Hə­min il­lər­də həm də ata­sın­dan di­ni təh­sil al­mış­dır. So­nra 3 il mol­la Hüseyn və Axund Əli­dən təh­sil al­mış­dır. Özünün de­diy­i­nə gö­rə ata­sı­nın məs­lə­hə­ti ilə 8 il mol­la Cə­b­ray­ıl­dan təh­sil al­mış­dır. "Ha­zırc­a­vab­lığı mol­la Hüseyn­dən, səbrli ol­mağı isə Cə­b­ray­ıl əmi­dən öy­rən­dim” dey­ir. Uzun müddət dər­zi­lik­lə mə­şğ­ul ol­muş­dur. (Tütün za­vo­dun­da). Hacı Əli­hə­sən Nəc­əf ali­mi olan ata­sı Şeyx Bə­şir Axund­dan və bir ne­çə alim­dən dərs ala­raq ne­çə-ne­çə müctə­hi­din ri­sa­lə­lə­ri­ni oxuy­ub öy­rən­mək­lə bə­ra­bar mey­id na­ma­zı­nı qıl­mağı və mey­id götürməyi, eləcə də kə­bin kə­s­məyi də ic­ra edir. Mol­la Hacı Əli­hə­sən Ər­ki­van­da xey­li tə­lə­bəyə dərs dey­ə­rək, mol­la­lıq et­məyə qa­bi­liyy­ə­ti olan şəx­slər ye­tiş­dir­miş­dir. Sabiq pre­zi­dent H. Əliy­ev­lə "Tə­zə Pir" mə­sci­din­də və Dünya İs­lam Kon­fran­sı iş­ti­rak­çı­la­rı ilə "Gülüstan" sa­ra­yın­da görüşmüşdür.
 
 
XIX. Mirkərim Mirabdulla oğlu
O həm də təsərrüfat işləri ilə məşğuldur
Ərkivanın Bağlakücə məhəlləsində Seyidlər tayfasından Mir Kə­rim Mir Ab­dul­lah oğ­lu ruhani təhsilə malik olmaqla bərabər tə­sərrüfat­ işləri ilə də məşğuldur. Kənd mollaları arasında yüksək dini savada malik olan bir molladır. Məclislərdə özünəməxsus gözəl hədis, söhbət və moizələri ilə fərqlənir. Qurani-Kərimi oxuduqca təfsirindən dinləyiciləri feyziyab edir. O, pak, halal zəhməti ilə ailəsini dolandırır. İndi Seyidlər tayfasının ağsaqqalıdır. Mir Kə­rim Ağa müqəddəs Məş­həd, Kər­bə­la və Mək­kə ziy­a­rət­lə­rin­də ol­muş­dur. Hazırda o Hacı Mol­la Mir Kə­rim ki­mi ta­nı­nmaqla Bağlakücə məhəlləsində yaşayır.(Ərkivanda hazırda mollalıqla məşğul olan Hacı Həmid, Hacı İbad və digərləri haqda əlavə məlumat veriləcək)
 
 
GƏNC NƏSLİN İSLAM DİNİNƏ MEYLİNDƏN 
Gö­s­tə­ril­diyi ki­mi Ər­ki­van kən­din­də ta qə­dim­dən is­la­mi dəy­ər­lə­rə böyük hör­mət ol­muş, kən­din ali ru­ha­ni təh­si­li alan­la­rı, Nəc­əfül-Əş­rəf­də müctə­hid də­rəc­ə­si­nə yüksə­lən­lə­ri ol­muş­dur.
Ru­ha­niyy­ət el­mi­nin ən yüksək də­rəc­ə­si­nə yüksə­lən ər­ki­van­lı, 1987-ci il­də 21 ya­şın­da müctə­hid­lik də­rəc­ə­si­nə na­il ol­muş, ha­zır­da 40 ya­şı olan Mə­həm­məd Ca­vid Fa­zil Lən­kə­ra­ni Qum şə­hə­rin­də Ay­ə­tul­la-Uz­ma Fa­zil Lən­kə­ra­ni­nin dəf­tər­xa­na­sı­nın rə­i­si, "Mə­sum İmam"lar adı­na Bey­nəl­xalq fiq­hi mər­kə­zi­nin müdi­ri­dir. Ər­ki­van­lı müctə­hid­lər­dən so­nra ənə­nə ola­raq müxtə­litf öl­kə­lər­də ali ru­ha­ni təh­sil alan­la­rın sayı da­ha da art­mış­dır. Xüsu­si­lə So­vet­lər qur­lu­şu­nun süqu­tun­dan so­nra di­ni-mə­nə­vi dəy­ər­lə­rə qay­ı­dış ye­ni vüsət al­mış­dır. Azər­bayc­a­nın müstə­qil­liyi dövründə ziy­a­lı­lar mə­ka­nı say­ı­lan Ər­ki­van qəsəbəsindən bir ne­çə gənc ümu­mi or­ta mək­tə­bi uğ­ur­la ba­şa vur­muş, so­nra isə Su­riy­a­nın, İra­nın və eləcə də öl­kə­mi­zin ali ru­ha­ni müəs­si­sə­lə­rin­də təh­sil­lə­ri­ni da­vam et­di­rir­lər. Bu gün ali mək­təb­lər­də tə­lə­bə ki­mi di­ni bi­lik­lə­rə yiy­ə­lə­nən­lər yə­qin ki, Ər­ki­va­nın ke­ç­miş nüfuz­lu alim­lə­ri­nin, şə­ri­ət təb­liğ­at­çı­la­rı­nın, müctə­hid­lə­ri­nin şə­rə­f­li işi­ni da­vam et­di­rəc­ək, xal­qın mə­nə­vi dəy­ər­lə­ri­ni qo­ruy­ac­aq­lar.
Ha­zır­da Su­riya və İran­da ali ru­ha­ni mək­təb­lər­də təh­sil almış ər­ki­van­lı gənc­lər aşağ­ı­da­kı­lar­dır.
Nic­at Ci­had oğ­lu — Pə­ləngküştə mə­həl­lə­si
Ra­mil Fə­x­rəd­din oğ­lu— Qı­zı­laküçə
Gündüz Səy­ə­dul­la oğ­lu— Bağlakücə
Ziya Va­qif oğ­lu— Həsənəkücə
Ha­bil İl­ti­zam oğ­lu— Abas­lı
Ələd­din Meh­man oğ­lu— Ra­ma­zan­lı
Cə­ma­ləd­din Meh­man oğ­lu— Ra­ma­zan­lı mə­həl­lə­si.  
Bun­lar­dan baş­qa Ər­ki­van kən­di­nin bir ne­çə gənci Ba­kı İs­lam Uni­ver­si­te­tin­də və ADU-nun şərq­şü­nas­lıq fakültə­sin­də təh­sil alır.
  • Tarix: 15.03.2015, 00:23
Xəbəri paylaş
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbərlər