Ərkivan Kitablarda və Məqalələrdə
Ərkivan
kitablarda və məqalələrdə Ərkivan
haqqında zaman-zaman müxtəlif qəzetlərdə, jurnallarda, tarixi kitablarda
məlumatlar çap olunmuşdur.20 il öncə isə Zahir Əmənov bütün bu
məlumatları 12 səhifəlik bir qəzetə topladı və
Sücəddin Novruzovun sponsorluğu ilə "Ərkivan” adlı qəzetdə toplandı.Bundan 2 il sonra filologiya elmləri doktoru Vaqif Yusifli "Ərkivan və ərkivanlılar” adlı kitabında bu məlumatları daha da təkmilləşdirdi.
Nəhayət
2012-ci ildə Baytarlıq üzrə fəlsəfə doktoru Abdurrəhman Səmədov Ərkivan
haqqında 500 səhifəlik "Ərkivan
salnaməsi”-ni hazırladı. Siz bu bölmədə təkcə Ərkivan haqqında
məqalələr və kitablarla yox, əkrivanlıların çap olunmuş kitabları ilə də tanış
olacaqsınız.